“Bakcell”dən ikiqat internet !
May ayı ərzində internet paketi alan abunəçilər əlavə pul ödəmədən ikiqat internet trafiki əldə edəcəklər
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti dövlət səviyyəsində qeyd edilən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə öz abunəçiləri üçün inanılmaz hədiyyə kampaniyası elan edib.
Ən böyük milli şirkətlərdən biri olan Bakcell Azərbaycan vətəndaşlarına, ölkənin tarixi və adət-ənənələrinə yüksək dəyər verən və eyni zamanda müasir mobil rabitə istifadəçilərin ehtiyac və tələblərini anlayan innovativ telekommunikasiya operatoru kimi, sərfəli qiymətə yüksək keyfiyyətli həllər təklif edir.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd etmək məqsədilə, Bakcell özünün CİN və Klass abunəçilərinə 1-31 may 2018-ci il tarixlərində davam edəcək kampaniya çərçivəsində əlavə pul ödəmədən 100% daha çox internet təklif edir.
Beləliklə, xüsusi kampaniyanın şərtlərinə əsasən, may ayı ərzində 1GB və daha böyük həcmli internet paketini əldə edən hər bir abunəçi istifadə müddəti bir ay olan ikiqat internet trafiki əldə edəcək. Bu misilsiz kampaniya sayəsində Bakcell abunəçiləri 20 GB-dək pulsuz interneti hədiyyə şəklində ala biləcəklər.
Bu təklifdən yararlanmaq üçün abunəçilər kampaniyada iştirak edən internet paketlərindən (1GB, 1.5GB, 3GB, 5GB, 10GB və ya 20GB) birini əldə etməlidir.
Qeyd edək ki, bütün İnternet paketləri istifadə müddətləri bitəndən sonra balansda kifayət qədər vəsait olarsa, avtomatik olaraq yenilənir. İnternet paketlərdə təqdim edilən trafik bitəndən sonra, “yüksək sürət” xidməti aktivləşir.
Kampaniya barədə daha ətraflı məlumatları
https://www.bakcell.com/az/double_internet_as_a_100th_anniversary_treat səhifəsində tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 6 saat əvvəl
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
9 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
9 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb




















