PAŞA Bank sektorlardakı paylarını açıqladı - TƏQDİMAT
Mayın 1-də PAŞA Bankın 31 dekabr 2017-ci il üzrə maliyyə nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirildi.
"Marja"nın məlumatına görə, PAŞA Bankın İdarə Heyətinin üzvü, Baş risk inzibatçısı Xəyalə Nağıyeva maliyyə göstəricilərinə dair təqdimatla çıxış edərək Bankın 2017-ci ildəki fəaliyyəti ilə media nümayəndələrini tanış etdi.
Xəyalə Nağıyeva qeyd etdi ki, PAŞA Banka “Standard & Poor’s” tərəfindən “BB-” uzunmüddətli və “B” qısamüddətli kredit reytinqi, “Fitch” tərəfindən isə ”B+” uzunmüddətli və “B” qısamüddətli xarici valyuta ilə Kredit Verənə Ödənilməmiş Faiz reytinqi verilmişdir. Bu reytinq 100% yerli kapitala malik Azərbaycan bankına verilən ən yüksək reytinqdir.
Baş risk inzibatçısı qeyd etdi ki, ötən il PAŞA Bank qrupunun xalis mənfəəti 29% ataraq 89 milyon manata çatmışdır: “Bu artımın səbəbi aktivlərin 20% artaraq 4 milyard manata çatması, o cümlədən biznesimizə daha çox gəlir gətirən kreditlərin 21% artaraq 1 milyard 413 milyon manta qalxmasıdır”.
Xəyalə Nağıyeva bildirdi ki, konsolidasiya edilmiş rəqəmlərin 92-93%-i PAŞA Bank Azərbaycanın payına düşür. Məsələn, müştərilərə verilmiş 1 milyard 413 milyon kreditlərin 1 milyard 19 milyon manatı PAŞA Bank Azərbaycana aiddir.
Konsolidə edilmiş 1 miyard 413 milyon manatlıq kredit portfelinin 1 milyard 250 milyon manatını hüquqi şəxslərə verilmiş kreditlər təşkil edib. Ən çox kreditlər ticarət və xidmət sektorlarına verilib.
Ötən il ən çox kənd təsərrüfatına verilən kreditlər artmşdır: 48,4 milyon manatdan 82,9 milyon manata yüksəlib. Kənd təsərrüfatı sektorundan kreditlərə tələb artıb.
Kreditlərdə ehtimal olunan itkilərə görə 63 milyon manatlıq ehtiyat yaradılıb. Bu, 2016-cı illə müqayisədə 1 milyon manat azdır. Ötən il kreditlər üzrə ehtimal olunan pisləşmə baş verməyib.
Müştəri hesablarından danışan Xəyalə Nağıyeva qeyd etdi ki, məvaciblərin bank vasitəsilə ödənilməsinə keçidin sürətlənməsi fiziki şəxslərin hesablarının artmasına səbəb olmuşdur. Fiziki şəxslərin hesabları ümumi depozit portfelində 26,8% paya malik olub.
2017-ci ildə PAŞA Bankın faiz gəlirləri 47% artaraq 231 milyon 111 min manata çatıb. Bu gəlirin 190 milyon manatı PAŞA Bank Azərbaycanın payına düşüb: Faiz gəlirlərində artım keditlər üzrə faiz dərəcələrindəki artımdan deyil, daha çox krdit portfelinin həcminin böyüməsindən irəli gəlir.
Faiz xərcləri isə 69% artaraq 89 milyon 327 min manat olub. Bunun səbəbi cari hesabların və depozit hesablarının artmasıdır.
Qeyri-faiz gəlirləri 36% azalıb. Bunun səbəbi valyuta məzənnələrindəki sabitləşmə ilə əlaqədar olaraq valyuta əməliyyatlarından gəlirlərin azalmasıdır.
Ötən il PAŞA Bankın işçilər, ümumi və inzibati xərcləri 2016-cı ildəki 68,8 milyon manatdan 74,8 mlyon manata qalxmışdır. Xərclərin artmasının səbəbi işçi xərclərinin artmasıdır. 2017-ci ildə PAŞA Bankın işçilərinin sayı 170 nəfər ataraq 2017-ci ilin sonunda 620 nəfərə çatıb. İşçilərin məvacib və digər xərcləri ilə əlaqədar olaraq işçilər üzrə xərclər 35,6 milyon manatdan 43,8 milyon manata qalxmışdır.
PAŞA Bankın 31 dekabr 2017-ci il üzrə maliyyə nəticələri
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
12 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
-
- 13 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 21 saat əvvəl
-
21 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
21 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım







.jpg)





.jpg)


.jpg)









