Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

PAŞA Bank lizinqin potensialını qiymətləndirir

iç səhifə xəbər başlığı altı (mobil)_31
PAŞA Bank lizinqin potensialını qiymətləndirir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

PAŞA Bank lizinq məhsullarını təqdim etməyi planlaşdırır.

 

Bunu “Marja”ya Bankın İdarə Heyətinin sədri Taleh Kazımov bildirib.

 

“Lizinq məhsulları üzərində fikirləşirik. PAŞA Bank lizinq xidmətlərini də təqdim etmək niyyətindədir. Hazırda əməkdaşlarımız bu sahədə potensialı qiymətləndirməklə məşğuldurlar. Ola bilsin ki, bu ilin sonu və ya gələn ilin əvvəlindən lizinq məhsullarını təklif etməyə başlayacağıq”.

 

Taleh Kazımov qeyd etdi ki, PAŞA Bankın, özünün lizinq şirkətini yaratmaq planı yoxdur, amma Bank lizinq şirkətləri ilə əməkdaşlığı genişləndirir:

 

“2017-ci ildə bir əvvəlki illə müqayisədə lizinq şirkətlərinə verdiyimiz kreditlər 5 dəfə artaraq 6 milyon 345 min manatdan 32 milyon 44 min manata yüksəlmişdir”.

01.05.2018 13:30

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18