“Azpetrol”un növbəti uğuru
2017-ci ilin avqust ayında MDB ölkələri üçün dərc olunan "Современная АЗС" (Moskva) jurnalının keçirdiyi MDB məkanında “İlin ən yaxşı yanacaqdoldurma məntəqəsi” müsabiqəsinin qalibi "Azpetrol" şirkətinin “Mayak-2” YDM-i olmuşdur.
Mükafat 19 aprel 2018-ci il tarixində Moskva şəhərində “Azpetrol Ltd.” MMC-nin baş direktoru Ceyhun Məmmədova təqdim edilib.
Onu da qeyd edək ki, "Azpetrol" şirkəti bundan öncə, 2015-ci ilin mart ayında yuxarıda adı çəkilən jurnal tərəfindən MDB məkanında “Ayın ən yaxşı yanacaqdoldurma məntəqəsi” müsabiqəsinin qalibi şirkətin H.Əliyev prospekti 108 ünvanında yerləşən yanacaqdoldurma məntəqəsi olub.
Bundan əlavə də, 2015-ci ilin sonunda «Современная АЗС» jurnalının keçirdiyi MDB məkanında “İlin ən yaxşı yanacaqdoldurma məntəqəsi” müsabiqəsinin qalibi Azpetrol şirkətinin “Mingəçevir-2” YDM-i olub.
Nəzərinizə çatdıraq ki, Azpetrol şirkəti 15 iyul 1997-ci il tarixində Bakı şəhərinin keçmiş Tbilisi prospektində (indiki Moskva) özünün ilk yanacaqdoldurma məntəqəsinin açılışı ilə fəaliyyətə başlamışdır. Şirkətin əsas fəaliyyəti Azərbaycanda avtomobil yanacağının pərakəndə və topdan satışının təşkilindən ibarətdir.
Hazırda “Azpetrol”un respublikanın əksər bölgələrini əhatə edən 83 yanacaqdoldurma və 5 qazdoldurma məntəqəsi fəaliyyət göstərir.
Şirkətin yanacaqdoldurma məntəqələrində müştərilərə texniki xidmət, avtomobil yuma, kafelər, motellər, mağazalar və s. xidmətlər təqdim olunur. Şirkət 2001-ci ildən etibarən nağdsız hesablaşmalar üzrə “Petrol Plus Offline” sistemini tətbiq etmişdir. 2011-ci ildən isə həmin xidmətdən istifadə edən müştərilərin sayının 6000-i ötdüyünü nəzərə alaraq, Azpetrol müasir və təhlükəsizlik baxımından daha etibarlı olan “Petrol Plus Online” proqramının tətbiqinə başlamışdır. 2006-cı ildən etibarən isə yanacaqdoldurma məntəqələrində müştərilərə Master Card, Euro Card və Visa Card plastik kartlar vasitəsilə ödəniş etmək imkanı yaradılmışdır.
"Azpetrol" şirkəti özündə üç istiqaməti – keyfiyyəti idarəetmə sistemini (İSO-9001:2015), ətraf mühiti idarəetmə sistemi (İSO-14001:2015), iş sağlamlığı və əməyin təhlükəsizliyini (OHSAS – 18001:2007) əks etdirən birləşmiş sisteminin tətbiqini nəzərdə tutan yeni inkişaf proqramını uğurla həyata keçirir.
“Azpetrol”un həmçinin Şəki, Balakən, Qusar, Beyləqan, Gəncə, Mingəçevir və Qazax rayonlarında müştərilərin və qonaqların rahatlığını təmin etmək üçün onlara yüksək səviyyədə xidmət göstərən motelləri fəaliyyət göstərir.
Ötən illər ərzində Azpetrol şirkəti əldə etdiyi uğurlara görə bir çox xarici və yerli mükafatlara layiq görülmüşdür. Bu mükafatlar arasında “Uğur”, “Biznes Pristij”, “Caspian Energy İntegration Award”, “Caspian Bisnes Award-2016”, “Caspian Energy Award -2017”, “Keyfiyyətə Görə Beynəlxalq Qızıl Ulduz”, “Kraliça Viktoriya Xatirə Medalı” və digərləri var.
"Azpetrol" şirkətinin əsas məqsədi Azərbaycan iqtisadiyyatının özəl sektorunda tutduğu mövcud mövqeyini qoruyub saxlamaq və daha yüksək nailiyyətlər əldə edərək iqtisadiyyatımızın inkişafına töhfələr verməkdir.
İlin sonuna qədər Azpetrol şirkəti bir neçə yanacaqdoldurma məntəqələrində müştərilərinə yeni yanacaq növünü – CNG sıxılmış təbii qazı (STQ) təqdim edəcək.
Azpetrol şirkəti gələcəkdə də uğurlar naminə daim xalqın xidmətindədir.
Azpetrol – daim inkişafa doğru!
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
9 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
























