"Atena"ilə bağlı Prezidentə mürcaiət edildi
Caspian European Club məşhur Atena brendi altında fəaliyyət göstərən şirkətlər qrupu ətrafında yaranmış vəziyyətdən narahatlıq keçirir.
Bu barədə Caspian European Club-un Sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
“Bununla əlaqədar olaraq biz mövcud vəziyyəti şəxsi nəzarətinə götürməsi xahişi ilə Azərbaycan Respublikasının Prezidenti, Caspian European Club-un Sədri cənab İlham Əliyevə müraciət etmişik. Bu xahişimizi Atenanın Azərbaycanda tanınmış brendlərdən biri olması, Atenanın süd məhsullarının isə əhali arasında böyük etibar qazanması ilə əsaslandırmışıq”, - deyə Telman Əliyev qeyd edib.
O əlavə edib ki, müraciətin daha bir mühüm səbəbi şirkətlər qrupunun əsasını qoymuş Elşad Rəsulovun uzun müddət ərzində Caspian European Club-un idarə heyətinin üzvlərindən biri və aqrosənaye komitəsinin rəhbəri olması ilə bağlıdır.
Telman Əliyev vurğulayıb ki, Elşad Rəsulov bu sahədə fəal iştirak edib və ölkəmizin aqrosənaye sektorunun inkişafı ilə bağlı bütün təklifləri diqqətlə öyrənib. Həmin təkliflər cənab Prezidentin islahat keçirmək məqsədilə təsdiqlədiyi yol xəritəsində artıq öz əksini tapıb.
BANK SƏYAHƏT KREDİTİ TƏKLİF EDİR
“Atena süd zavodu və fermerlik təsərrüfatı olduqca mühüm sosial əhəmiyyət daşıyır və Ağcabədi rayonunun inkişafında vacib rol oynayır. Məhz buna görə biz 25 ildən artıqdır ki, Azərbaycanda fəaliyyət göstərən şirkətə kömək etmək xahişi ilə cənab Prezident İlham Əliyevə müraciət etmişik”, - deyə Telman Əliyev deyib.
"Biz həmçinin KİV nümayəndələrinə müraciət edərək onlardan bu məsələni siyasiləşdirməmələrini və Atena şirkətinin fəaliyyəti ilə bağlı təsdiqlənməmiş məlumat dərc etməmələrini xahiş etmək istəyirik".
Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi, Caspian Energy İnternational Media Group-un fəal iştirakı ilə yaradılıb. 2016-cı il dekabrın 24-də Caspian American Club, 2018-ci il yanvarın 26-da Caspian Asian Club yaradılıb. Hər iki təşkilat iki il ərzində Caspian European Club-un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaq. Caspian European Club-un tərkibinə daxil olan bütün şirkətlər avtomatik qaydada Caspian American Club və Caspian Asian Club-un, Caspian American Club və Caspian Asian Club-a daxil olanlar isə Caspian European Club-un üzvü hesab olunurlar.
Caspian European Club-un Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 d. əvvəl
- 11 d. əvvəl
-
-
19 d. əvvəl
ABŞ Strateji Neft Ehtiyatından 172 milyon barel neft bazara buraxacaq
- 56 d. əvvəl
-
8 saat əvvəl
Pezeşkian müharibənin bitməsi üçün İranın şərtlərini açıqladı
-
9 saat əvvəl
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Odero ciddi uyğunluq və təhlükəsizlik tələblərindən keçdi, xüsusi status aldı
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rəsmi məzənnələr aıqlandı
İraq neft limanlarının bağlandığını açıqlayıb
Pezeşkian müharibənin bitməsi üçün İranın şərtlərini açıqladı
Əmanətiniz illik 12 % gəlir gətirsin!
Azərbaycan Gürcüstana investisiya qoyuluşunu artırıb
Ən çox oxunanlar
İran Hörmüz boğazında onlarla mina yerləşdirib
"Hazırda biz Avropa İttifaqı ilə Azərbaycan arasında daha sıx əməkdaşlıq üçün yeni çərçivə üzərində işləyirik"
"Biz bu il qaz hasilatını artırmağı planlaşdırırıq. Biz qazı yeni yataqda hasil etməyə başlayacağıq"
İran: Neftin 200 dollara qalxmasına hazır olun
Tramp: İranı sərt vurduq, amma hələ bitirməmişik






















