"Neft ehtiyatları hələ də normal səviyyənin üzərindədir"
Səudiyyə Ərəbistanının neft naziri Xalid Əl-Falih, OPEC və OPEC-ə daxil olmayan istehsalçıların Ciddədə keçirdiyi toplantının açılışında, qlobal neft ehtiyatlarının hələ də normal səviyyəsinin üzərində olduğunu bildirib.
"Marja" xəbər veri ki, neft tələbatının qeyri-müəyyən olduğunu vurğulayan Əl-Falih, yeni tələbin yaranmağa başladığını söyləyib.
OPEC-ə daxil olmayan istehsalçıların 2019-cu ildə də OPEC ilə birlikdə hərəkət etməyə davam etdirəcəyini bildirən Əl-Falih, sözügedən əməkdaşlığın mexanizminin hələ də müzakirə edildiyini dilə gətirib.
Əl-Falih, Səudiyyə Ərəbistanının neftə asılılığını əhəmiyyətli dərəcədə azaltdığını qeyd etməsinə baxmayaraq, ölkə iqtisadiyyatında mühüm rol oynamağı davam etdirəcəyini əlavə edib.
Səudiyyənin neft naziri, ölkəsinin istehsal gücünün tələbə görə tənzimlənəcəyini söyləyib və lazımlı olması vəziyyətində yeni investisiya yatırılacağını vurğulayıb.
Qeyd edək ki, OPEC və tərəfdaşları (Rusiya, Azərbaycan və s.) anbarlardakı qlobal neft ehtiyatlarını "əritmək" üçün hasilatlarını azaldırlar. İzafi neft ehtiyatları qiymətlər üzərində təzyiq yaradır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 10 saat əvvəl
-
11 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
19 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN














.jpg)






