Dünya indi Çini “ucuz” hesab etmir
Çinin “dünyanın fabriki” olduğu fikri artıq aktuallığını itirib.
Böyük Britaniyanın “IHS Markit” araşdırma şirkətinin illik hesabatına əsasən, Çinin ucuz resursların cəlb olunduğu ölkə kimi qəbul edənlərin sayı ilk dəfə 2016-cı ilin yekununa görə 50%-dən aşağı olub.
“İHS Markit”in analitiki Pol Robinsonun fikrincə, bu, 2012-ci ildəki 70%-lik həddən olduqca aşağıdır.
Uzun müddətdir dünyanın hər tərəfindən şirkətlər ucuz işçi qüvvəsindən istifadə etmək üçün istehsalatını Çinə daşıyıb.
Amma son illərdə Çinin özəl sektorunda əmək haqqı artıb və bununla da bazar cazibliyini itirməyə başlayıb.
Beynəlxalq Əmək Təşkilatının hesabatına görə, 2006-cı ildən etibarən Çində orta aylıq əmək haqqı 2 dəfədən çox artıb. 2014-cü ilin yekununa əsasən, Çində orta aylıq nominal əmək haqqı 685 ABŞ dolları olduğu halda, Vyetnamda bu 212 dollar, Filippində 216, Tailandda isə 408 dollar olub.
P.Robinsonun fikrincə, indi şirkətlər Çindən ucuz resursların olduğu ölkə kimi deyil, qlobal ticarət qovşağı kimi istifadə etməyə üstünlük verir.
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 19 saat əvvəl
- 19 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)
.jpg)





.jpg)






