Cəlilabadda “Bakcell”in yenilənmiş mərkəzi təqdim edildi
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell, təklif etdiyi xidmət və məhsullarını müştərilərə daha da yaxın etmək üçün ölkənin bütün regionları üzrə öz satış və xidmət mərkəzləri şəbəkəsini genişləndirməyə davam edir.
Bu fəaliyyətin davamı olaraq Cəlilabadın mərkəzində, Qurtuluş küçəsi 70 ünvanında tam olaraq yenilənmiş diler mağazası və xidmət mərkəzi (BakcellİM) istifadəyə verilib.
Tam yeni konsepsiya əsasında qurulmuş müasir Satış və Müştəri Xidməti mərkəzində şirkətin məhsul və xidmətərinin tam çeşidi ilə yanaşı ən son mobil cihazlar və aksesuarlar təklif edilir. Cəlilabad sakinləri yenilənmiş satış və xidmət mərkəzində “Bakcell”in bütün məhsul və xidmətləri barədə məlumat ala, mobil nömrə və istənilən cihazı əldə edə bilərlər.
““Bakcell”in innovativ və ən müasir məhsul və xidmətlərini Bakı sakinləri ilə yanaşı Azərbaycanın bütün bölgələrində yaşayan abunəçilərə daha əlçatan etmək üçün çalışırıq. Bu regionlar sırasında Cəlilabad xüsusi yerə malikdir və burada şirkətimizin fəaliyyətinin genişləndirilməsi üçün biz əlimizdən gələni edirik”, deyə Bakcell şirkətinin baş satış direktoru Zaur Bayramov bildirib.
Bakcell şirkəti özünün yüksək keyfiyyətli xidmətlərini Azərbaycanın bütün bölgələrində yaşayan müştərilərinə təqdim etmək məqsədilə həm mobil rabitə şəbəkəsini, həm də müştəri xidməti və satış şəbəkələrini genişləndirir.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 21 d. əvvəl
-
25 d. əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
44 d. əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
-
2 saat əvvəl
Venesuela neft satışından 300 milyon dollarlıq gəlir əldə edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Trampdan Davosda mühüm açıqlamalar
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
Ən çox oxunanlar
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"




















