ABŞ-ın xam neft hasilatı rekord səviyyədə !
ABŞ-ın xam neft hasilatı 10,5 milyon barreli keçib
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkənin xam neft istehsalının keçən həftə əvvəlki həftə ilə müqayisədə gündəlik orta hesabla 65 min barel artımla 10,52 milyon barelə qalxdığını bildirib.
"Marja" xəbər verir ki, bu nəticə ilə, ölkənin xam neft hasilatı rekord səviyyəyə çatıb və son 13 həftədə 12 dəfə artım göstərib.
ABŞ-ın xam neft istehsalı, fevral ayında, dünyanın ən böyük ikinci xam neft istehsalçısı olan Səudiyyə Ərəbistanının hasilat miqdarını geridə qoymuşdu.
EIA-nın Aprel 2018 hesabatına görə, ABŞ-ın builki xam neft hasilatının gündəlik orta hesabla 10,7 milyon barrel olması gözlənilir.
Hesabata görə, ABŞ-ın gələn ilki xam neft hasilatının gündəlik orta hesabla 11,4 milyon barrel olması və dünyanın ən iri xam neft istehsalçısı Rusiyanı geridə qoyacağı nəzərdə tutulur.
Həmçinin EIA ölkədəki kommersiya məqsədli neft ehtiyatının ötən həftə 3,3 milyon barel (0,8 faiz) artımla 428,6 milyon barelə çatdığını açıqlayıb.Bazar gözləntisi ehtiyatın 0,6 milyon barrel azalması istiqamətində idi. Bir əvvəlki həftə xam neft ehtiyatı 4,6 milyon barrel azalma göstərmişdi.
Kommersiya xam neft ehtiyatına daxil olmayan strateji xam neft ehtiyatı isə keçən həftə dəyişməyərək 665,5 milyon barreldə sabit qalıb.
ABŞ-ın həftəlik benzin ehtiyatı da keçən həftə 0,5 milyon barel (0,2 faiz) artımla 238,9 milyon barelə çatıb. Benzin ehtiyatına dair bazar gözləntisi 1,4 milyon barrel azalacağı istiqamətində idi. Benzin ehtiyatı əvvəlki həftə 1,1 milyon barrel düşmüşdü.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 19 saat əvvəl
-
-
19 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi






.jpg)
.jpg)





.jpg)





