"Günay Sığorta"ya həkim ekspert və həkim-koordinator tələb olunur
"Günay Sığorta" vakansiyalar elan edib.
1.Həkim ekspert
Namizədə tələblər
• Ali tibbi təhsilli olması;
• Həkimlik praktikası üzrə ümumi biliklərə malik olması;
• Sığorta qanunvericiliyini bilməsi;
• Həkimlik sahəsində bütövlükdə minimum 2 illik iş təcrübəsinə malik olması;
• Word, Excel və İnternetdə işləmə bacarığının olması;
• Azərbaycan dilini əla səviyyədə, rus dilini yaxşı səviyyədə bilmək, ingilis dilini orta səviyyədə bilməsi.
Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:
• Daxili normativ aktlara və digər sənədlərə ilkin rəy vermək;
• Tibbi sığorta şəhadətnamələrinin yazılmasını həyata keçirmək;
• Tibbi sığorta növü üzrə xidməti həyata keçirəcək tibb müəssisələrini araşdırmaq, müqavilə imzalanması üçün tələb olunan prosedurları həyata keçirmək;
• Tibbi sığorta hadisələrində ekpertizaları həyata keçirmək, zərər aktlarını tərtib etmək və təsdiq etmək, departament direktoruna, sonra isə sahə rəhbərinə təsdiq üçün təqdim etmək;
• Həkim koordinatorların işinə nəzarət etmək.
Əmək haqqı individual olaraq müəyyən ediləcək. Maraqlanan şəxslərdən öz “CV”-lərini “Subject” başlığına “Həkim ekspert” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.
2.Həkim-koordinator
Namizədə tələblər:
• Ali tibbi təhsilli olması;
• Həkimlik praktikası üzrə ümumi biliklərə malik olması;
• Sığorta qanunvericiliyini bilməsi;
• Həkimlik sahəsində bütövlükdə minimum 1 illik iş təcrübəsinə malik olması;
• Word, Excel və İnternetdə işləmə bacarığının olması;
• Azərbaycan dilini yaxşı səviyyədə, rus dilini orta səviyyədə bilməsi.
Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:
• Tibbi sığorta növü üzrə Sığortalı tərəfindən daxil olan zəngləri cavablandırmaq və Sığortalının şikayətlərinə uyğun olan tibb müəssisələrində həkimlərlə görüşünü təşkil və təmin etmək;
• Tibbi sığorta növü üzrə Sığortalının göndərildiyi tibb müəssisəsində aldığı xidmətlərin qeydiyyatını aparmaq;
• Gün ərzində daxil olan zənglərin, müayinə-müalicəyə göndərilmiş müştərilərin qeydiyyatını həkim–ekspertə məruzə etmək;
• Müayinə və müalicə prosesi ilə bağlı yaranmış sualları həkim-ekspertlə dəqiqləşdirmək;
• Şirkətin tibbi sığorta növü üzrə sənədlərinin tərtib edilməsində iştirak etmək.
Əmək haqqı individual olaraq müəyyən ediləcək. Maraqlanan şəxslərdən öz “CV”-lərini “Subject” başlığına “Həkim-koordinator” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























