S&P Türkiyənin reytinqini "neqativ"ə saldı
Standard and Poor's (S&P) kredit reytinqi agentliyi Türkiyənin kredit reytinqinin proqnozunu "sabit"dən "neqativ"ə salıb. "Neqativ" proqnoz reytinqin daha da aşağı səviyyəyə düşməsi ehtimalını artırır.
S&P, Türkiyənin xarici valyutada kredit reytinqini "BB", milli valyutada isə "BB+" səviyyəsində təsdiq edib.
S&P-dən edilən açıqlamada, pul siyasətinin məzənnə və inflyasiya təzyiqlərinə cavabının kifayət etmədiyi bildirilib, inflyasiya və məzənnə təzyiqlərinin Türkiyədəki şirkətlərin və bankların maliyyə gücünü zəiflədərək iqtisadi artıma mənfi təsir edəcəyi qeyd olunub.
S&P, Türkiyə iqtisadiyyatının 2016-cı ildə təxminən 2 faiz artacağını proqnozlaşdırarkən, 2017-ci il üçün isə bu nisbəti 2.4% olaraq təxmin edir.
Qurumdan bildiriblər ki, Türkiyənin xalis xarici maliyyələşmə ehtiyacını qarşılayan ehtiyatların 2017-ci ildə 35 milyard dollar ətrafında olacağı nəzərdə tutulub. S&P həmçinin Türkiyədə cari kəsirin Ümumi Daxili Məhsula (ÜDM) olan nisbətinin 2017-2020 dövründə orta hesabla 4.3 faiz proqnozlaşdırır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
7 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi

























