1 milyon avro Maliyyə Nazirliyi deyil, Energetika Nazirliyinin sərəncamına veriləcək
Avropa Komissiyasının Azərbaycan Respublikasına Energetika Sahəsində İslahatlara Dəstək Proqramı ilə bağlı ayırdığı 13 milyon avro məbləğində qrant vəsaitindən istifadə istiqamətlərində dəyişiklik edilib.
Nazirlər Kabineti bununla bağlı 2009-cu il 16 dekabr tarixli qərarı ilə təsdiqlədiyi “Avropa Komissiyasının Azərbaycan Respublikasına Energetika Sahəsində İslahatlara Dəstək Proqramı ilə bağlı ayırdığı 13,0 mln. avro məbləğində qrant vəsaitinin Proqramın məqsədlərinə istifadəsi üzrə Tədbirlər Planı”nda dəyişiklik edib.
Nazirlər Kabinetinin 2009-cu il 16 dekabr tarixli qərarına əsasən Maliyyə Nazirliyi 2010-2011-ci illərdə "Dövlət maliyyəsinin idarə olunmasının (DMİ) təkmilləşdirilməsinə dəstək" layihəsini həyata keçirməli, layihə çərçivəsində DMİ üzrə fəaliyyət planı hazırlanmalı və DMİ üzrə fəaliyyət planının icrası təmin edilməli idi. Bu məqsədlə Avropa Komissiyasının ayırdığı 13 milyon avro məbləğində qrantdan 1 milyon avro sərf edilməli idi.
Dəyişikliyə əsasən artıq Avropa Komissiyasının ayırdığı qrantdan 1 milyon avro Maliyyə Nazirliyi deyil, Energetika Nazirliyinin sərəncamına veriləcək.
Energetika Nazirliyi 2018-2019-cu illərdə həmin 1 milyon avro vəsait hesabına "Elektrik və istilik enerjisinin istehsalında yüksək səmərəliliyə və enerji resurslarının istifadəsində əhəmiyyətli qənaətə nail olunması, habelə istehlakçıların etibarlı, təhlükəsiz və dayanıqlı elektrik və istilik enerjisi ilə təmin edilməsi" layihəsini həyata keçirməlidir.
Layihə çərçivəsində mövcud elektrik enerjisi stansiyalarının optimallaşdırılması və təkmilləşdirilməsi üzrə tədbirlər planının, elektrik enerjisinin ümumi generasiya güclərində alternativ və bərpa olunan enerji mənbələrinin xüsusi çəkisinin artırılmasını, habelə alternativ və bərpa olunan enerji sahəsinə özəl investisiyaların cəlb edilməsi məqsədi ilə bu sahəni tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsini, güzəştli tariflərin və digər təşviqedici tədbirlərin tətbiqini əhatə edən sənədlərin, energetika sektorunda bazar münasibətlərinin və bazar subyektlərinin formalaşdırılmasına yönəldilmiş hərtərəfli islahatların aparılmasına dair qanunvericilik bazasının hazırlanmasını təmin etməlidir. Eyni zamanda nazirlik bu müddət ərzində ölkədə dayanıqlı və etibarlı istilik təchizatı sisteminin yaradılması, istehlakçıların fasiləsiz və keyfiyyətli istilik enerjisi ilə təmin edilməsi, isitmə məqsədi ilə istifadə edilən təbii qaz və elektrik enerjisi sərfiyyatının azaldılması, enerji resurslarından səmərəli istifadə olunması, yanğın və ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədi ilə “Azəristiliktəchizat” ASC-nin texniki, təşkilati və maliyyə vəziyyəti ilə bağlı diaqnostik araşdırmanın aparılması və optimallaşdırılma tədbirlərinin həyata keçirilməsi üçün mərhələli tədbirlər planını hazırlamalıdır.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
50 d. əvvəl
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Dünyanın ən böyük mədənçilik şirkətinin yaradılması məqsədilə danışıqlar aparılır
- 3 saat əvvəl
-
3 saat əvvəl
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
İlham Əliyev Avropa Bankının prezidenti ilə görüşüb
"Revolut" Dünyanın ən sürətlə böyüyən markasıdır
Əliyev və Bərzani görüşüb
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Ən çox oxunanlar
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb
Sabah Xankəndi şəhərinə ilk köç olacaq
Yanvarın 21-də gözlənilən hava şəraiti


























