Bakıda “Uber” istifadəçiləri gediş haqqı barədə məlumatı öncədən alacaqlar
Bu gündən etibarən Bakıda “Uber” istifadəçiləri yeni funksiyadan yararlana biləcəklər: istifadəçi tətbiqdə gediş nöqtəsini daxil edəndən dərhal sonra gedişin hesablanmış dəyərini öyrənir, təyinat nöqtəsi dəyişmədiyi halda gediş haqqı artmır.
Yeni funksiyadan istifadə etmək üçün istifadəçi ilk öncə gediş məntəqəsini daxil etməli, tətbiq tərəfindən hesablanmış gediş haqqını təsdiqləməli və sonra avtomobil sifariş etməlidir. Beləliklə, istifadəçi planlaşdırılan gedişin neçəyə başa gələcəyini əvvəlcədən öyrənir və sonra sifariş barədə qərar verir. Bu qayda istiqamət və yolun uzunluğundan asılı olmayaraq bütün marşrutlar üçün keçərlidir.
“Biz “Uber”də göstərdiyimiz xidməti istifadəçilər üçün daim daha rahat və asan etməyə çalışırıq. Əvvəlcədən məlum hesablanmış gediş haqqı istifadəçini hesablamaqdan azad edir və xərcləri tam nəzarətdə saxlamağa imkan yaradır. Əminik ki, gediş haqqının ciblərinə uyğun olmayacağından ehtiyat edən şəxslər belə tətbiqdən istifadə etməyə başlayacaqlar. İndi hər şey öncədən məlumdur, qorxmağa bir səbəb yoxdur!”, - deyə “Uber”in MDB regionunda baş meneceri Aleksey Stax bildirib.
“Uber” gediş haqqını bir sıra amilləri nəzərə alan xüsusi alqoritmlər vasitəsilə müəyyən edəcək: təxmini gediş müddəti, sutkanın müəyyən vaxtında seçilmiş istiqamətdə avtomobil sıxlığının ortalama göstəriciləri, məsafə, yaxınlıqda olan sürücülərin və sifariş edənlərin sayı.
Əvvəlcədən hesablanmış qiymət promokod istifadə olunduğu halda gedişin sonunda məbləğ promokodda nəzərdə tutulduğu qədər azalacaq.
“Uber”də tariflər partnyor-sürücülərlərə ödəniş prinsipləri kimi dəyişməz qalır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)
.jpg)









.jpg)






