"Ölkədə fəaliyyət göstərən vəkillərin sayı azdır"
"Ölkədə fəaliyyət göstərən vəkillərin sayı azdır, minə yaxın hüquqşünas var".
Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu " Tibb hüququ - Azərbaycan hüquq elminin yeni sahəsi kimi" mövzusunda keçirilmiş konfransda deyib.
A. Bağırov deyib ki, hazırda bu istiqamətdə lazımı tədbirlər görülür: "Dövlət başçısının vəkillərin sayının artırılmasına dair tövsiyələri də var. Zəruri tədbirlər görülür".
Vəkillərin sübutlara çatmaq baxımından əziyyət çəkdiklərini vurğulayan A. Bağırov deyib ki, bu, vəkillərin fəaliyyəti üçün problem yaradır: " Düşünürəm ki, vəkillərin sübutlara çatımlığı daha da genişləndirilməlidir".
Vəkillərin tibb hüququ sahəsində lazımı bilik və səriştəyə malik olmadığını vurğulayan A. Bağırov deyib ki, Kollegiya vəkillər tərəfindən bu sahənin daha yaxından öyrənilməsi üçün səylər göstərəcək: "Vəkillərimiz əvvəlki tədris proqramları üzrə təhsil alıb. Tibb hüququ fənni üzrə tədris proqramları, saatlar nəzərdə tutulmalıdır. Nəinki vəkillər, hakimlər üçün də kursların hazırlanması vacibdir. Qısa zamanda bu işlər görülməlidir. Vəkillər Kollegiyasının potensialı genişdir və bu sahədə sıx əməkdaşlığa hazırdır".
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 20 d. əvvəl
- 58 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz



























