Banklar əmanət faizlərini daha da aşağı salır
Azərbaycan bankları əllərində olan pulu kreditə verməkdə çətinlik çəkirlər. Mərkəzi Bankda keçirilən depozit hərracları da bunu təsdiq edir. Sonuncu hərracda kommersiya bankları 1 milyard manata yaxın pulu Mərkəzi Bankda 14 gün yerləşdirib 8% gəlir əldə etməyə hazır idilər. Mərkəzi Bank isə cəmi 250 milyon manat cəlb etdi.
Qeyd edək ki, Fevralın 12-dək depozit hərracları ilə banklardan vəsait təxminən 12%-lə cəlb edilirdi. Mərkəzi Bank bu tarixdən faizləri aşağı saldıqdan sonra avtomatik olaraq hərraclarda da faizlər aşağı düşüdü.
DEPOZİT YERLƏŞDİR, HYUNDAİ GRANDEUR QAZAN
"Marja" xəbər verir ki, hərraclarda bağlanılan depozit əqdləri üzrə faizin 12%-dən 8%-ə düşməsinə baxmayaraq bankların hərraclara marağı böyükdür. Banklarda likvidlik həddindən artıq yüksək olaraq qalır. Bu likvid vəsaitlər hələ də tam şəkildə iqtisadiyyata ötürülə bilinmir.
Mərkəzi Bankın depozit və not həraclarında faizlər aşağı düşdüyündən banklar da əhalidən cəlb etdikləri əmanətlər üzrə faizləri aşağı salırlar. Çünki artıq banklar cəlb etdikləri vəsaitləri depozit həraclarında və notlarda daha aşağı faizlər ilə yerləşdirirlər.
Əlavə edək ki, Azərbaycan Mərkəzi Bankı 2018-ci il ərzində pul siyasətini daha da yumuşaldacağını, faiz dərəcələrini aşağı salacağını bəyan edib.
Faizlərin hər ay, rüblük və müddətin sonunda götürülməsindən asılı olaraq 1 il (12 ay) dövr üçün Manat əmanəti faizləri
Bankı adı | 06.12. 2017 | 20.02.2018 |
Access Bank | 12,3-13% | 9,3%-10% |
AFB Bank | 7% | 7% |
AGBank | 13-14% | 11%-12% |
Amrahbank | 9-10% | 9-10% |
AtaBank | 15% | 12% |
Azər Türk Bank | 10,5-11% | 7.0%-7,5% |
Azərbaycan Beynəlxalq Bankı | 9-10% | 9%-9.5% |
Azərbaycan Sənaye Bankı | 12% | 12% |
Bank Avrasiya | 13% | 9-10% |
Bank of Baku | 12% | 12% |
Bank BTB | 11-12% | 11-12% |
Bank Respublika | 7-8% | 8,5%-9% |
Bank Silk Way | 2% (minimal 500 min AZN) | 2 %(minimal 500 min AZN) |
Bank VTB (Azərbaycan) | 11,4-12% | 8% |
DəmirBank | 13-15% | - |
Expressbank | 10-10,4% | 10,0%-10,4% |
Günay Bank | 12% | 9-10 % |
Kapital Bank | 8-8,5% | 7-7,5% |
Muğanbank | 15% | 12,5 %-12,75 |
Naxçıvanbank | 2-4% | 2-4% |
NBCBank | 13-14% | 11-13% |
Nikoil Bank |
| 10-11% |
Paşa Bank | Min 30 min, Razılaşma ilə, | Min 30 min, Razılaşma ilə, |
Rabitəbank | 8-9% | 7-9% |
TuranBank | 16-16,5% | 11%- 11.4% |
Unibank | 9-10% | 5 %-9% |
Xalq Bank | 6% | 6% |
Yapı Kredi Bank Azərbaycan | 11% | 8% |
Ziraat Bank Azərbaycan | 9% | 8,5-9% |
“Bank Melli İran” |
| 8 %-10% (minimum 5000 AZN) |
Qeyd: 12-aydan uzun müddətə (18, 24 və 36 ay) yerləşdirilənəmanələr üzrə faizlər 1-2% yüksək ola bilir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 24 d. əvvəl
-
- 30 d. əvvəl
- 39 d. əvvəl
-
50 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 54 d. əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb












.jpg)


.jpg)







