Sürücülərə icbari sığorta haqqını hesablamaq imkanı yaradıldı
Avtonəqliyyat vasitəsi sahibləri sığorta şirkətləri ilə bağladıqları icbari sığorta müqavilələri üzrə ödəməli olduqları sığorta haqlarını artıq müstəqil şəkildə hesablaya bilərlər.
Bu barədə İcbari Sığorta Bürosunun yaydığı məlumatda bildirilir.
Məlumatda həmçinin deyilir ki, bunun üçün İSB-nin sürücülər üçün yaratdığı və hesabla.isb.az veb-saytında təqdim olunan müvafiq onlayn xidmətdən istifadə etmək mümkündür.
Qeyd edilən sayta daxil olaraq orada avtonəqliyyat vasitəsinin növünü və özünün Bonus-Malus əmsalını daxil etməklə avtonəqliyyat vasitəsi sahibi olan hər bir şəxs bağladığı icbari sığorta müqaviləsi üzrə ödənilməli olan sığorta haqqını öyrənə bilər. Bonus-Malus əmsalını öyrənmək üçün sürücülər öz sığorta şirkətinə müraciət edərək müvafiq məlumatı əldə edə bilərlər.
Sözügedən saytda icbari sığorta haqqının hesablanma qaydası barədə ətraflı məlumatlarla da tanış olmaq mümkündür. Belə ki, ilk öncə bilmək lazımdır ki, icbari sığorta haqqı məbləğləri dövlət tərəfindən müəyyən edildiyindən, bütün sığorta şirkətləri üzrə eynidir və bir şirkətdən digərinə fərqlənə bilməz. İcbari sığorta müqaviləsi üzrə ödənilməli olan sığorta haqqı sadə bir düsturun köməyilə formalaşır. Bunun üçün bütün avtonəqliyyat vasitələri üçün 50 manat məbləğində müəyyən edilmiş baza sığorta haqqını, avtonəqliyyat vasitəsinin növünə görə əmsalı və sığortalının Bonus-Malus sinfinə görə əmsalını bir-birinə vurmaq lazımdır, nəticədə alınan məbləğ məhz ödənilməli olan icbari sığorta haqqını təşkil edəcək.
Avtonəqliyyat vasitələrinin növlərinə görə əmsallar İSB-nin internet səhifəsində yerləşdirilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydaları” ilə müəyyən olunur.
İcbari sığorta haqqının necə formalaşdığını əyani misalda növbəti qaydada təsvir etmək olar: tutaq ki, vətəndaş özünün 2000 kub santimetr mühərrik həcmi olan minik avtomobilini icbari qaydada sığortalamaq istəyir. Qaydalara əsasən, bu mühərrik həcmi üzrə avtonəqliyyat vasitəsinin əmsalı 1,5 rəqəminə bərabərdir. Son illər ərzində həmin şəxs minik avtomobili ilə yollarda bir neçə qəzaya səbəb olmuş, bu üzdən də onun Bonus-Malus əmsalı pisləşərək 1,6 səviyyəsində qərarlaşıb. Avtomobilinin növbəti icbari sığorta müqaviləsi üzrə ödəyəcəyi sığorta haqqını hesablamaq üçün vətəndaş 50 manatlıq baza sığorta haqqını, avtomobilinin mühərrik həcminə görə əmsalı (1,5 rəqəmini) və özünün Bonus-Malus əmsalını (1,6 rəqəmini) bir-birinə vurmalıdır. Alınan 120 manatlıq məbləğ onun növbəti icbari sığorta müqaviləsi üzrə ödəyəcəyi sığorta haqqını təşkil edir. Burada qeyd etmək lazımdır ki, vətəndaşın bu dəfə belə yüksək sığorta haqqı ödəməli olmasına baxmayaraq, növbəti illərdə o qəzasız avtomobil idarə edərsə, onun Bonus-Malus əmsalı ildən ilə yaxşılaşacaq və nəticədə gələcək müqavilələri üzrə o daha az sığorta haqqı ödəyə biləcək.
Hər bir sığortalının Bonus-Malus sinfinə görə əmsalı ildə bir dəfə, 15 yanvar tarixinə müəyyənləşir və növbəti ilin 15 yanvar tarixinə qədər qüvvədə olur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
10 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
11 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
11 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
11 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar












.jpg)





