Samir Hacıyev Caspian Asian Club-un baş icraçı direktoru təyin olunub
Samir Hacıyev bu yaxınlarda yaradılmış Caspian Asian Club-un baş icraçı direktoru vəzifəsinə təyin edilib. Bu barədə Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib. Telman Əliyev qeyd edib ki, cənab Hacıyev son iki ildə Caspian European Club-un hüquq komitəsinə uğurla rəhbərlik edib.
Samir Hacıyev 2000-ci ildə “Təfəkkür” Universitetində hüquq ixtisası üzrə bakalavr dərəcəsi, 2003-cü ildə London Sığorta İnstitutunun sertifikatını alıb, 2006-cı ildə “Beynəlxalq hüquq və hüquqşünaslıq” ixtisası üzrə Bakı Dövlət Universitetinin magistraturasını bitirib. Cənab Hacıyev peşəkar karyerası dövründə müxtəlif sığorta şirkətlərində və beynəlxalq hüquq firmalarında rəhbər vəzifələri tutub. Hazırda PwC Azerbaijan hüquq praktikasının direktoru və rəhbəridir. Ailəlidir, iki övladı var.
Samir Hacıyev göstərilən etimada və ona yaradılmış yeni imkana görə Caspian European Club-un rəhbərliyinə minnətdarlığını bildirib.
Caspian European Club Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.
Yarandığı gündən Caspian European Club neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsinə yardım edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club dünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.
Caspian Energy, Caspian Energy Forum, Caspian Energy Award, Caspian Energy Club, Caspian European Club, Caspian Business Club, Caspian American Club, Caspian Asian Club, Caspian American Forum, CEO, CEO Breakfast, CEO Brunch, CEO Lunch, CEO Party, CEO Cocktail, Caspian Energy TV, Caspian Energy Photo, Caspian Energy Marketing, Brand Award və digərləri qeydiyyatda keçmiş ticarət marakalarıdır və Caspian Energy International Media Group-a məxsusdurlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 5 d. əvvəl
-
- 13 d. əvvəl
- 33 d. əvvəl
- 49 d. əvvəl
-
50 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
1 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol






.jpg)







.jpg)





