Mərkəzi Bank etiraf etdi
Ötən ilin yazından bu yana Dollar/Manat məzənnəsi ciddi dəyişmir, uzun müddətdir 1.7001 səviyyəsində qalır. Belə bir vəziyyət ictimaiyyətdə Manatın “üzən” məzənnə rejimində olub-olmadığı barədə sualların yaranmasına səbəb olmuşdur.
“Marja”nın məlumatına görə, bu gün Mərkəzi Bankın sədri Elman Rüstəmov etiraf edib ki, Manatın mövcud olduğu rejim - sabit məzənnə rejimindən tam üzən məzənnə rejiminə keçid zamanı tətbiq edilən aralıq rejimdir.
“Biz həmişə demişik ki, Manatın möhkəmlənməsi potensialı mövcuddur. Manatın geri “rallisi” başlaya bilər. Biz bir daha deyirik ki, belə şəraitə qayıtmaq istəmirik. Bunu biz, əminəm ki, ölkə əhalisi və biznes də istəmir. Əgər Manatın tam üzməsinə imkan versək, bunun çox ciddi mənfi makro-iqtisadi nəticələri ola bilər. Dünyada geniş istifadə edilən aralıq rejim var. Bu məzənnə rejimindən dünyanın bir çox ölkəsində, məsələn, İsveçrədə istifadə olunur. Biz tam üzən məzənnə rejiminə keçəcəyimizə sadiq qalırıq. Lakin buna mərhələ-mərhələ keçmək lazımdır. Başlıca məsələ valyuta bazarında vəziyyətin tam sabitləşməsidir. Azərbaycan yaxın dövrlərdə yeni fiskal qaydalara, biz də bunun əsasında qurulmuş monetar siyasətə keçəcəyik”.
Elman Rüstəmov qeyd edib ki, tam makro-iqtisadi sabitliyin təmin olunması, iqtisadiyyatın xarici şoklara davamlılığının təmin edilməsi tam üzən məzənnə rejimi şəraitində mümkündür:
“Lakin tam üzən məzənnəyə keçmək üçün biz bir sıra amillər var. Bilirsiniz bazara valyuta yalnız hökumət tərəfindən çıxarılır. Bu valyuta transfertləri çox dayanıqlı bir formada olmalıdır. Bu dayanıqlığı təmin edən əsas amil yeni büdcə qaydalarına keçiddir. Bu qaydalar Maliyyə Nazirliyi tərəfindən hazırlanmış və artıq Maliyyə Sabitliyi Şurasında qəbul edilmişdir. Ölkə yeni büdcə qaydalarına keçəcəkdir. Yeni büdcə qaydaları bazara valyuta təklifini stabilləşdirəcək, onu proqnozlaşdırılan edəcəkdir”.
Elman Rüstəmov əlavə edib ki, 2017-ci ildə Mərkəzi Bankın valyuta bazarına əhəmiyyətli müdaxilələri olmayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 d. əvvəl
-
- 9 d. əvvəl
-
26 d. əvvəl
Azərbaycana 4 ayda təxminən 100 milyon dollarlıq buğda idxal olunub -10 FAİZ ARTIB
- 48 d. əvvəl
-
51 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 54 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Kərə yağı idxalı azalıb, bitki yağlarının idxalı isə artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Ən çox oxunanlar
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 25 GÜN
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb




















.jpg)



