Mərkəzi Bank faiz endirdi

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 12 fevral 2018-ci il tarixində uçot dərəcəsinin 15%-dən 13%-ə, faiz dəhlizinin yuxarı həddinin 18%-dən 16%-ə, aşağı həddinin isə 10%-dən 8%-ə endirilməsi barədə qərar qəbul etmişdir.
Mərkəzi Bankdan "Marja"ya daxil olmuş bəyanatda deyilir:
Faiz dəhlizinin parametrləri haqda qərar faktiki orta illik inflyasiyanın birrəqəmli trayektoriyaya daxil olması, inflyasiyanın azalmasına dair proqnozlar və xarici balansın yaxşılaşması nəzərə alınmaqla qəbul edilmişdir. Bu müsbət meyillərinin davam etməsindən asılı olaraq Mərkəzi Bank faiz dərəcələrinin real səviyyəsini pozitiv zonada saxlamaqla bundan sonra da azaldılmasını mümkün hesab edir. Qiymətləndirmələrə əsasən yeni iqtisadi tsiklə adekvat olaraq neytral pul siyasətinə tədrici keçid iqtisadi aktivliyə müsbət təsir edəcəkdir.
Faiz dəhlizinin parametrlərinın dəyişdirilməsi haqqında qərarı qəbul edərkən Mərkəzi Bankın İdarə Heyəti xarici və daxili mühitdə baş verən aşağıdakı prosesləri nəzərə almışdır.
Xarici mühit. 2014-cü ilin sonundan bəri həyata keçirilən dərin makroiqtisadi manevr və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan islahatlar, eləcə də dünya bazarında neftin qiymətinin yüksəlməsi Azərbaycanın tədiyə balansının yaxşılaşmasını təmin etmişdir. 2017-ci ilin yekunu üzrə tədiyə balansının cari əməliyyatlar hesabında ÜDM-in 5%-i qədər profisit gözlənilir. Xarici ticarət balansının profisiti 5 mlrd. ABŞ dolları təşkil etmişdir ki, bu da ötən illə müqayisədə (0.5 mlrd. ABŞ dolları) 10 dəfə çoxdur. İxrac 52%, o cümlədən qeyri-neft ixracı 23% artmışdır. Ticarət balansı ilə yanaşı xidmətlər, eləcə də ilkin və təkrar gəlirlər balansında da yaxşılaşma müşahidə olunmuşdur. Xidmətlər balansının kəsiri əhəmiyyətli azalmış, turizm xidmətləri üzrə müsbət saldo əldə olunmuşdur. Kapital və maliyyənin hərəkəti hesabında da müsbət saldo olmuşdur.
Ölkənin tədiyə balansının yaxşılaşması şəraitində 2017-ci ildə strateji valyuta ehtiyatları 11%-dən çox artmışdır.
Proqnozlara görə xarici mühitdə pozitiv meyillərin 2018-ci ildə də davam edəcəyi gözlənilir.
Valyuta bazarı. Tədiyə balansının yaxşılaşması ilə ölkənin valyuta daxilolmalarının artması valyuta bazarında vəziyyəti sabitləşdirmişdir. Bu şəraitdə həyata keçirilən makroiqtisadi siyasət tədbirləri nəticəsində manatın ABŞ dollarına qarşı məzənnəsi 4% möhkəmlənmişdir. 2017-ci ilin ikinci rübündən manatın məzənnəsi əlavə möhkəmlənmə təzyiqləri altında olmuşdur.
Manatın məzənnəsinin sabitləşməsi de-dollarlaşma proseslərinə, maliyyə sabitliyinə və inflyasiya gözləntilərinin azaldılmasına müsbət təsir etmişdir.
Manatın real effektiv məzənnəsi isə 2014-cü ilin sonundan bəri 36% ucuzlaşmışdır. Bu da idxalın əvəzlənməsi və qeyri-neft ixracının stimullaşdırılmasına müsbət təsir edən amildir.
Monetar şərait. 2017-ci ildə pul siyasətinin əsas əməliyyat hədəfi olan manatla pul bazası 8.7% artmışdır. Valyuta bazarında təklifin tələbi üstələməsi şəraitində fiskal sektorun likvidliyə olan tələbi monetar şəraitə təsir göstərən əsas amil olaraq qalmaqdadır.
İqtisadiyyatın pula olan tələbinin təmin edilməsi və likvidliyin effektiv idarə olunması məqsədilə Mərkəzi Bank müxtəlif müddətli (7 günədək, 14 günlük, 28 günlük və s.) çərçivə və açıq bazar əməliyyatlarını aktiv saxlayır. İqtisadiyyatda kredit aktivliyinin bərpa olunmaması şəraitində bank sistemində akkumlyasiya olunan izafi likvidlik Mərkəzi Bankın sterlizasiya alətlərinə yüksək tələbi şərtləndirir.
Ümumilikdə təhlillər göstərir ki, yaradılmış monetar şərait istehlakla yığımın optimal balansın təmin edilməsinə müsbət təsir etmişdir.
İnflyasiya prosesləri. Dövlət Statistika Komitəsinin məlumatına görə cari ilin yanvar ayında orta illik inflyasiya 5.5% təşkil etmişdir. Antiinflyasiya xarakterli pul siyasəti, pul kütləsinin optimal səviyyədə idarə olunması və 2017-ci ilin ortalarından etibarən manatın məzənnəsinin sabitləşməsi inflyasiyanın təkrəqəmli səviyyədə formalaşmasında mühüm rol oynamışdır.
Məcmu tələblə təklifin nisbətinin dəyişimi, dünya ərzaq qiymətləri və inflyasiya gözləntiləri də qiymətlərin dinamikasına təsir edən başlıca amillərdən olmuşdur.
Qiymətləndirmələrə görə dezinflyasiya meyilləri bundan sonra da davam edəcək və 2018-ci ilin sonuna illik inflyasiyanın elan edilmiş hədəf çərçivəsində olması potensialı əhəmiyyətlidir. Mərkəzi Bank tərəfindən ev təsərrüfatları və biznes sektorunda aparılmış sorğular göstərir ki, məzənnənin sabitləşməsi və faktiki inflyasiyanın azalma dinamikası inflyasiya gözləntilərinə azaldıcı təsir etmişdir. İnflyasiyanın qarşıdakı dövrdə birrəqəmli səviyyədə qalması inflyasiya gözləntilərin azalması və bu gözləntilərin iqtisadi konyunktur dəyişimələrə qarşı həssaslığının aşağı düşməsindən də asılı olacaqdır.
İqtisadi aktivlik. 2017-ci ildə makroiqtisadi sabitliyin güclənməsi iqtisadi aktivliyin canlanmasına müsbət təsir etmişdir. Dövlət Statistika Komitəsinin məlumatına görə 2017-ci ildə qeyri-neft sektorunda 2.7%-lik iqtisadi artım baş vermişdir. O cümlədən qeyri-neft sənayesində 3.7%, kənd təsərrüfatında 4.2% iqtisadi artım olmuşdur. İqtisadi artım dövlətin investisiya xərclərinin və qeyri-neft ixracının artması, habelə istehlakçı inamının yüksəlməsi ilə dəstəklənmişdir. 2018-ci ildə də iqtisadi artım üzrə pozitiv dinamikanın qorunacağı gözlənilir.
Mərkəzi Bank bundan sonra da iqtisadiyyatda və maliyyə bazarlarında baş verən prosesləri diqqətlə izləməyə davam edəcəkdir və öz səlahiyyətləri çərçivəsində sərəncamında olan alətlərlə qiymətlərin sabitliyini təmin etməyə çalışacaqdır.
Faiz dəhlizinin parametrləri Mərkəzi Bankın İdarə Heyətində növbəti dəfə 2018-ci ilin aprel ayında müzakirə ediləcəkdir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 15 saat sonra
- 40 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"
-
2 saat əvvəl
Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
-
2 saat əvvəl
“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb
-
2 saat əvvəl
Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB
-
3 saat əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
-
3 saat əvvəl
Azercell “Talassemiyasız həyat naminə!” proqramı çərçivəsində qanvermə aksiyası keçirib
-
4 saat əvvəl
Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

38,5 milyon manat Lənkəranın kanalizasiyası üçün getdi

Azərbaycan Halal Biznes Forumu keçiriləcək - TARİX

Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib

Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB
Ən çox oxunanlar

Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq

Sentyabrın 25-də gözlənilən hava şəraiti

Avropa bankı Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır

Rasional liderlik, ənənəvi liderlik, xarizmatik liderlik
