Gələn ay Azərbaycan və İran prezidentlərinin iştirakı ilə açılır
Dövlət başçıları Astara-Rəşt dəmir yolu xəttinin təməlqoyma mərasimində iştirak edəcək
Bu ilin mart ayında Azərbaycan və İran prezidentlərinin iştirakı ilə Astara (Azərbaycan)-Astara (İran) beynəlxalq dəmir yolunun istifadəyə verilməsi və Astara-Rəşt dəmir yolu xəttinin təməlqoyma mərasimi keçiriləcək.
Bunu İran Dövlət Dəmir Yolları İdarəsinin beynəlxalq əlaqələr idarəsinin direktoru Abbas Nəzəri bildirib.
A. Nəzəri Cənub-Qərb dəhlizi və Qara dənizin Fars körfəzinə birləşdirilməsinin qarşıda duran böyük layihələr olduğunu diqqətə çatdırıb. Bu dəhliz vasitəsilə Avropa ölkələrinin yükləri Polşa, Ukrayna, Gürcüstan, Azərbaycan və İran vasitəsi ilə Fars körfəzinə və Hindistana, o cümlədən digər körfəz ölkələrinə daşınacaq: "Bu layihə ilə bağlı ticari və texniki danışıqlar aparılıb”.
A.Nəzəri Avropadan Astara dəmir yolu vasitəsilə sərnişinlərin də daşınacağını nəzərə çatdırıb: “Bununla bağlı İran, Azərbaycan və Rusiya arasında ikitərəfli və üçtərəfli danışıqlar aparılıb. Texniki və ticari məsələlər üç ölkənin ekspertləri tərəfindən araşdırılmalıdır. İlk mərhələdə üç ölkə İranın Astara terminalından Moskvaya kimi sərnişin qatarların hərəkətini və Moskvadan Fars Körfəzinə kimi yük qatarlarının hərəkətini nəzərdə tutub. Bu dəmir yolu vasitəsilə ən azından ildə 2 milyon ton yük daşınması və gələcəkdə isə bu həcmin 5 milyon tona çatdırılması nəzərdə tutulur".
İran Dövlət Dəmir Yolları İdarəsinin beynəlxalq əlaqələr idarəsinin direktoru deyib ki, Azərbaycan Respublikası Astara terminalının tikintisinə 60 milyon dollar, Astara-Rəşt dəmir yolu xəttinin tikintisinə isə 500 milyon dollar investisiya yatırır.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)









.jpg)







