Bank VTB Azərbaycan-ın kapitalı böyük məbləğdə artırılır
Xəbər verdiyimiz kimi, 23 yanvar 2018-ci il tarixində Davosda keçirilən Dünya iqtisadi forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bank VTB-nin prezidenti-idarə heyətinin sədri Andrey Kostinlə görüşüb.
"VTB Bank Azərbaycan"dan "Marja"ya bildirilib ki, görüş zamanı tərəflər maliyyə sahəsində əməkdaşlığın inkişaf etdirilməsində marağlı olduqlarını təsdiqləyiblər. Andrey Kostin Azərbaycan Prezidentinə bu ilin birinci rübündə VTB (Azərbaycan)-ın kapitalının 265 milyon manat məbləğində artırılması planlarından danışıb.
Tərəflər həmçinin Azərbaycan iqtisadiyyatına investisiyaların, xüsusilə də beynəlxalq bazarlardan ölkəyə maliyyə vəsaitləri cəlb edilməsinin təşkilində VTB-nin iştirakı məsələlərini müzakirə ediblər.
Bank VTB (Azərbaycan) ASC-nin səhmlərin payı aşağıdakı kımidir:
Bank VTB (PSC) – 51%
Bank VTB24 (PSC) – 48,9999 %
Fiziki şəxs – 0,0001%.
Hazırda Bankın nizamnamə kapitalı 50 815 000 ( əlli milyon səkkiz yüz on beş min) manat olmaqla, hər birinin nominal dəyəri 0.2 (sıfır tam onda iki) manat olan, 254 075 000 (iki yüz əlli dörd milyon yetmiş beş min) adlı, sənədsiz, adi səhmdən ibarətdir.
Kapitalın artırılmasından sonra "Bank VTB Azərbaycan"ın nizamnamə kapitalı 315 milyon manatı keçəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır














.jpg)







