Bankların ən çox üzləşdiyi hüquqi problem - "RİSKLƏRİMİZ DAHA DA ARTIR, XƏRCLƏRİMİZ YÜKSƏLİR"
“Məhkəmə prosesləri müxtəlif etirazlar vasitəsilə asanlıqla uzadılır”
Bildiyimiz kimi “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli Sərəncamına uyğun olaraq təhlilləri, istiqamətləri və öhdəlikləri özündə birləşdirən yol xəritələri təsdiq edilmişdir. Gələcəyə hesablanmış bu əhatəli sənədlərdə xüsusi diqqəti çəkən məqam, məsələlərin hüquqi tənzimlənməsinin, xüsusilə də investorların, kreditorların hüquqlarının real olaraq qorunmasının, ümumilikdə biznes mühitinin əlverişli və ədaləli hüquqi mexanizmlərlə təmin edilməsinin vacib olmasının vurğulanmasıdır.
Bu çərçivədə qəbul edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə kreditorların, xüsusilə də iri sahibkarlıq subyekti olan bankların üzləşdiyi hüquqi problemlərə, bank-məhkəmə münasibətlərinə toxunulur. Haqlı olaraq bildirilir ki, qeyri-işlək aktivlərin həcminin azaldılmasının ən mühüm vasitələrindən biri kreditorların hüquqlarının müdafiəsi və öhdəliklərin yerinə yetirilməsi üzrə işlək məhkəmə sistemi və icra mexanizminin olmasıdır.
Hüquq üzrə fəlsəfə doktoru, "AtaBank" ASC-nin İdarə Heyəti sədrinin müavini, ekspert Səbuhi Əliyevin sözlərinə görə, etiraf etmək lazımdır ki, bankları, ümumilikdə kreditorları təqib edən bir sıra hüquqi problemlər bir növ məhkəmə hakimiyyətinin təsirliliyinə kölgə salır, sahibkarın buna inamını azaldır və ayrı-ayrı şəxslərin məsuliyyətsizliyinə gətirib çıxarır:
“Elə bu kimi səbəblər məsələnin strateji xarakter daşımasını və tez bir zamanda həllinin davamlı təkmilləşdirilməsinin vacibliyini şərtləşdirmişdir”.
Səbuhi Əliyev qeyd etdi ki, qəbul edilən sənədlərdə bankların ən çox üzləşdiyi və ən əsas hüquqi problem olan məhkəmə proseslərinin müxtəlif etirazlar vasitəsilə asanlıqla uzadılmasına toxunulur və bildirilir ki, borcalan satışa çıxarılan aktivlərin qiymətləndirilməsi ilə razı olmadığı təqdirdə əmlakın satılması üzrə hərrac dəfələrlə təxirə salına bilər. Bundan əlavə, məhkəmə işlərinin çox olması və son tarixlərin dəqiq müəyyən edilməməsi səbəbindən maliyyə məsələləri üzrə məhkəmə qərarlarının icrası gec həyata keçirilir. Bu şəraitdə məhkəmə icraçıları müəyyən işləri prioritetləşdirirlər ki, bu da digər işlərin icrasının qeyri-müəyyən müddətə uzadılmasına səbəb olur. Belə bir məqam da qeyd olunur ki, bütövlükdə, kreditorların hüquqlarının müdafiəsi mexanizmlərinin qənaətbəxş səviyyədə olmaması və məhkəmə qərarlarının icrasında intizamın nisbətən aşağı olması riskləri daha da artırmaqla, maliyyə institutlarının xərclərini yüksəldir. Tələbin təminata yönəldilməsi prosedurlarının uzun olması və bu prosesin nisbətən yüksək xərclər hesabına başa gəlməsi maliyyə vasitəçiliyini məhdudlaşdırır. Bu isə maliyyə məsələləri üzrə məhkəmə-hüquq infrastrukturunda bu vaxta qədər aparılan islahatların davam etdirilməsi və icra prosesinin təkmilləşdirilməsi, eləcə də qanunvericilik aktlarına yenidən baxılması istiqamətləri üzrə kompleks tədbirlərin həyata keçirilməsini zəruri edir.
Qeyd olunan yol xəritəsində hüquqi çərçivəyə yenidən baxılması, məhkəmə qərarları və icrası proseslərinin sürətləndirilməsi məqsədilə 2017-2018-ci illər ərzində məhkəmə qərarlarının icrasının diaqnostikası və təkmilləşdirmə istiqamətlərinin müəyyən edilməsi, kompleks həll yollarının müəyyənləşdirilməsi qərara alınmışdır.
Ekspert hesab edir ki, kreditorlarla bağlı məhkəmə-icra problemlərinin aradan qaldırılması arzu edilən və qarşıya qoyulan bir strateji məsələ olsa da, qısa zamanda ona nail olunması gözlənilmir. Belə ki, 2017-ci ildə əsaslı dəyişiklik və müsbət nəticə müşahidə edilmədi. Cari ildə bu prosesin davam etdirilməsi nəzərdə tutulmuşdur. Problemin əsaslı şəkildə həll edilməsi üçün məhkəmə-icra sahəsində şəffaflıq, peşəkar kadr təminatı, zəruri olan maddi və digər əlavə resurslar təmin edilməlidir. Əsas odur ki, bu problemin aradan qaldırılması üzrə siyasi istək və təhlil olunmuş strategiya mövcuddur. İndi əsas gözlənti onun reallaşmasıdır. Bu ideyanın həyata keçirilməsi ümumilikdə məhkəmə sisteminin təkmillşməsinə, xüsusilə məhkəmə qərarlarının icrasının təmin olunması yolu ilə məhkəmə nəzarətinin effektivliyinə daha da təkan verəcəkdir ki, bu da bankların, ümumilikdə kreditorların fəaliyyətinə olduqca müsbət təsir göstərəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 9 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
15 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
15 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
15 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib













.jpg)






