Azərbaycan vətəndaşları 63 ölkəyə vizasız gedə bilərlər
“Henley & Partners” şirkətinin illik “Viza məhdudiyyətləri indeksi”ndə (Visa Restrictions Index) Azərbaycan mövqeyini iki pillə yaxşılaşdıraraq 72-ci yerdə qərarlaşıb. Beləliklə, Azərbaycan vətəndaşları 63 ölkəyə vizasız gedə bilərlər.
"2018-ci ildə Azərbaycan dünya reytinqində qərarlaşdığı 72-ci yeri İndoneziya, Filippin, Kuba və Kabo-Verde ilə bölüşür. Azərbaycan vətəndaşları 63 ölkəyə vizasız səfər edə bilərlər. Bu, son illər ərzində çox yaxşı göstəricidir (2016 və 2017-ci illərdə 62 ölkə, 2015-ci ildə 58 ölkə). Ötən il Azərbaycan reytinqdə 74-cü yeri tutub", - deyə “Henley & Partners” qeyd edir.
Azərbaycanın qonşuları “Viza məhdudiyyətləri indeksi”ndə aşağıdakı qaydada qərarlaşıb: Rusiya – 48-ci yer, Türkiyə – 50-ci yer, Gürcüstan – 53-cü yer, Qazaxıstan – 65-ci yer. Gürcüstan 2017-ci ildə Şengen ölkələrinə vizasız giriş əldə etməsi ilə əlaqədar reytinqdə mövqeyini son dərəcə yaxşılaşdırıb.
Reytinqdə sonuncu yerdə Əfqanıstan gəlir. Bu ölkənin vətəndaşları 24 ölkəyə vizasız səfər etmək imkanına malikdir.
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 9 d. əvvəl
-
-
19 d. əvvəl
Azercell: Tarif paketlərini yeniləyərək mobil internet və danışıq imkanlarını artırırıq
- 35 d. əvvəl
- 47 d. əvvəl
- 1 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rəsmi məzənnələr açıqlandı
"Bank of Baku"da iclas keçiriləcək
"İran Trampı öldürməyə çalışır"
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı
Ən çox oxunanlar
"QatarEnergy" LNG alıcıları üçün fors-major hal elan edib
Bakı Fond Birjasının ticarət dövriyyəsi kəskin azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Mərkəzi Bankı fişinq hallarına qarşı yeni sistem tətbiq edəcək
24 400 manat ilkin ödəniş et, Biləcəridə tam təmirli, 3 otaq studiya sənin olsun - “Kristal!”























