520 min manata əmlak, 77,2 manata üzüm emalı zavodu... - Yeni hərrac

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 21 fevral 2017-ci il tarixində yeni hərrac keçiriləcək.
Bu hərracda fiziki və hüquqi şəxslərə ümumilikdə 79 dövlət əmlakını özəlləşdirmək təklif olunur.
Artıq hərraca sifariş vermək üçün komitənin “privatization.az” portalında elektron keçid aktivdir. Vətəndaşlar hərraca çıxarılan 22 səhmdar cəmiyyəti, 19 kiçik dövlət müəssisəsi, 35 istifadəsiz qeyri-yaşayış sahəsi və 3 nəqliyyat vasitəsindən bir və ya bir neçəsinə sifariş verə bilərlər.
Təklif olunan kiçik dövlət müəssisəsi və obyektləri paytaxtın Sabunçu və Qaradağ rayonları, Siyəzən şəhəri, Samux, Beyləqan, Goranboy və Bərdə rayonlarında yerləşir. Sabunçuda yerləşən əmlak 60 min manata, Samuxda yerləşən “Seyidlər” üzüm emalı zavodu 77 min 200 manata, Bərdə şəhərindəki Texniklər evi isə 60 min manata təklif olunur.
Özəlləşməyə çıxarılan paytaxtdakı qeyri-yaşayış sahələri Səbail, Nəsimi, Sabunçu, Yasamal, Qaradağ, Nizami, Nərimanov və Qaradağ rayonlarında yerləşir. Digər qeyri-yaşayış obyektləri isə Sumqayıt və Mingəçevir şəhəri, Lənkəran, Biləsuvar, Hacıqabulda hərraca çıxarılıb. Bu obyektlərin sahəsi 15-100 kv.m. arasında dəyişir. Təklif olunan belə əmlaklar sırasında ən yüksək start qiyməti paytaxtın Yasamal rayonunda yerləşən qeyri-yaşayış obyektinə təyin olunub. Belə ki, əmlak 520 min manat ilkin satış qiyməti ilə hərraca çıxarılıb. Səbaildə yerləşən 3 qeyri-yaşayış sahəsi 117 min, 105 min və 100 min manata fiziki və hüquqi şəxslərə təklif olunur.
Özəlləşməyə çıxarılan səhmdar cəmiyyətləri təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Müxtəlif şəhər və rayonlarda yerləşən belə iri müəssisələr sırasında paytaxtın Nərimanov rayonunda yerləşən “Avtomotoservis”, Sabunçu rayonundakı “Material Təchizat” və Səbail rayonundakı “Şəmkir” ilə yanaşı, regionlarda yerləşən “Bərdə Tikinti Quraşdırma”, “Biləsuvar Broyler”, “Qax Taxıl”, “Salyan Aqrotexservis”, “İsmayıllı Sənaye İstehsal” kimi səhmdar cəmiyyətlər var.
Sifarişi komitənin özəlləşdirmə portalına daxil olaraq rahat və operativ şəkildə vermək mümkündür. Qeyd edilməlidir ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək qəbul edilir. Elektron sifariş verildikdən sonra əmlakın ilkin satış qiymətinin 10% məbləğində behi elektron qaydada ödənilir. Bu prosedurdan sonra vətəndaş hərracda iştirak etmək statusu qazanır. Hərracda qalib olmayan şəxsin ödədiyi beh 10 gün ərzində geri qaytarılır. Hərrac prosedurları barədə ətraflı məlumatı komitənin (012) 566 07 44 nömrəli çağrı mərkəzindən almaq olar.
Hərraclar barədə məlumatlar Özəlləşdirmə portalı (privatization.az) ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi və privatization.az səhifəsində ictimaiyyətə hər həftə açıqlanır. Özəlləşdirmə portalında hərraclarla tanış olan istifadəçi hər hansı sualı yaranarsa, portalın onlayn məsləhət pəncərəsi vasitəsilə sualını ünvanlaya bilər.
Hərraca çıxarılan əmlaklara aşağıdakı linkdə baxmaq olar:
http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1242
Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 3 gün sonra
-
- 3 gün sonra
- 15 d. əvvəl
- 16 d. əvvəl
-
22 d. əvvəl
Türkiyədə Habertürk, Show TV və Bloomberg HT üzərinə həbs qoyuldu
-
41 d. əvvəl
Azərbaycandakı minik avtomobillərinin 40 faizinin yaşı 20 il və yuxarıdır
- 43 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın logistik habı Çinin iri meyvə bazarı ilə memorandum imzalayıb
-
1 saat əvvəl
Meksika Çindən gətirilən avtomobillərə 50 faiz rüsum tətbiq etməyə hazırlaşır
- 1 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Azərbaycan neftinin son qiyməti

Türkiyədə Habertürk, Show TV və Bloomberg HT üzərinə həbs qoyuldu

Həhəng dərman istehsalçısı 9 min işçini ixtisar edəcək

Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar

OpenAI və Oracle arasında 300 milyard dollarlıq tarixi müqavilə

Azər Türk Bank beynəlxalq maliyyə institutu ilə mühüm saziş imzaladı

“Azərsun Holdinq” “YAŞAT” Fondunun layihəsinə dəstək verib

“SOCAR Trading” vasitəsilə ABŞ-yə LNG ticarəti nəzərdən keçirilib

Azərbaycanda daha çox ət, süd, yumurta və yağlar bahalaşıb

ABŞ-da istehsalçı deflyasiyası qeydə alınıb

Beynəlxalq logistika şirkətinin nümayəndələri Bakı Limanının imkanları ilə tanış olublar
