Azərbaycan sərmayəçiləri Aktauda transformator zavodu tikir
2018-ci ildə Azərbaycan sərmayəçiləri Aktauda yeni transformator zavodunu istifadəyə verməyi planlaşdırırlar. Bunu Azərbaycanın Aktau şəhərindəkibaş konsulluğunun rəhbəri Elxan Zeynalov deyib.
“Gələn il biz burada böyük transformator zavodu açmaq niyyətindəyik. Bu, 50 mln. dollar dəyərində təmiz Azərbaycan sərmayəsidir. Zavod böyükdür, burada minlərlə iş yeri açılacaq”, - diplomat Aktauda Qazaxıstan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi və Azərbaycanın Aktau şəhərindəkibaş konsulluğununaçılmasının 10 illiyi münasibətilə tədbirdə çıxışı zamanı bildirib.
Qazaxıstan mətbuatının məlumatına əsasən, E.Zeynalov əlavə edib ki, Azərbaycan sərmayəçilərinin son illər ərzində Qazaxıstanın qərb vilayətlərində iqtisadiyyatın qeyri-xammal sahələrinə ümumi investisiyaları $300 mln. təşkil edib.
Onun sözlərinə görə, hazırda Qazaxıstanda Azərbaycan kapitalı ilə 800-dən artıq şirkət və Azərbaycanda 70-dən artıq Qazaxıstan şirkəti fəaliyyət göstərir.
Manqistaus vilayətinin rəhbəri Yeralı Tuqjanov öz növbəsində qeyd edib ki, hazırda burada iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycanla birgə fəaliyyət göstərən 52 müəssisə qeydiyyata alınıb.
“2017-ci ilin yanvar-oktyabr ayları ərzində Manqistaus vilayətinin Azərbaycanla xarici ticarət dövriyyəsi 41,2 mln. dollar, həmçinin ixracın həcmi 26,1 mln. dollar, idxal - 15,1 mln. dollar təşkil edib. Ümumilikdə, iki ölkə arasında ticarət dövriyyəsi $140 mln.-a yaxın təşkil edir”, - Y.Tuqjanov məlumat verib.
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 56 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























