”A.M.K” Yasamal MTK sakinlərinə "kupça" verildi
Bakıda daha bir yeni inşa edilən binanın 40-a yaxın sakini “Kütləvi çıxarış” kampaniyasından faydalanıb.
ƏMDK-dan "Marja"ya bildirilib ki, komitə tərəfindən dekabrın 13-də keçirilən “Kütləvi çıxarış” kampaniyası çərçivəsində Yasamal rayonunda yerləşən ”A.M.K” Yasamal MTK tərəfindən inşa edilən yeni tikilinin sakinlərinə mənzillərinə dair hazır çıxarışlar təqdim olunub.
Kampaniya birbaşa yaşayış binasının həyətində baş tutub və sakinlər bu çıxarışları heç bir ünvana getmədən komitənin mobil ofislərində əldə ediblər. Bu sosial addım nəticəsində vətəndaşlar gündəlik fəaliyyətindən ayrılmadan öz əmlakı üzərində mülkiyyət hüququnu təsdiq edən sənədə yiyələnib. Keçirilən kampaniya çərçivəsində 40-a yaxın sakinə mənzillərinə dair çıxarışlar təqdim olunub. Eyni zamanda, kampaniya keçirilən müddətdə vətəndaşlardan mənzillərə dair çıxarışların verilməsi üçün birbaşa ünvanlarda ilkin hüquqmüəyyənedici sənədlər də qəbul edilib.
“Abşeron İnşaat” MMC 2006-cı ildə təsis edilib. Şirkətin tərkibinə əsasən tikinti üzrə fəaliyyət göstərən – “A.M.K.” MTK, “EMS” MTK, “Bilik” MTK və "AMK-YASAMAL" MMC daxildir. Şirkət Bakının Yasamal, Binəqədi və Xətai rayonlarında yaşayış binaları tikir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 15 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)








.jpg)





