FED-in faiz qərarı Azərbaycan manatına təsir edəcək?
ABŞ Federal Ehtiyat Sisteminin (FED) bu gün başlayan və 2 gün davam edəcək iclasında uçot dərəcəsinin 0,25 faiz bəndi artırılacağı ilə bağlı gözləntilər maliyyə bazarları tərəfindən artıq tam qəbul edilib.
Analitiklər bildirir ki, dünyanın lider valyutası üzrə faizlərin artırılması Azərbaycan manatına təsir etməyəcək. Azərbaycan manatının məzənnəsi sabit qalacaq və hətta, Agentliyin apardığı araşdırmalara görə, bir qədər də möhkəmlənməsi mümkündür.
"Manatın möhkəmlənməsi ehtimalları bilavasitə neftin qiymətinin artması və qlobal maliyyə bazarlarında xoş konyunkturanın yaranması ilə əlaqədardır. Maliyyə bazarları FED-in uçot dərəcəsini artırması faktına öyrəşdikcə valyutaları kəskin ucuzlaşmış ölkələrdə əks proses yaşana bilər. Belə ki, Rusiya artıq bu prosesdən keçib və bu ölkədə RUB/USD məzənnəsi 88 səviyyəsindən 39% - 58 rubl səviyyəsinə qədər geriləyib. Azərbayacanda da AZN/USD məzənnəsinin 1,65-1,67 səviyyəsinə qədər geriləməsi mümkün görünür", - deyə analitiklər əlavə ediblər.
Lakin analitiklərin fikrincə, bu proses uzunmüddətli olmayacaq: "FED daha 4 dəfə uçot dərəcəsini artırdıqdan sonra, yəni bu ilin sonundan etibarən dollar möhkəmlənməyə başlayacaq. Belə ki, yüksək faizlər, FED və ECB-nin balanslarını azaldaraq qlobal likvidliyə mənfi təsirləri özünü bir qədər sonra biruzə verməyə başlayacaq".
Analitiklər 2019-cu ilin əvvəlindən etibarən növbəti maliyyə böhranının başlayacağını ehtimal edir.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
3 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)

















.jpg)


