"Gold Transit" şirkəti nəqliyyat xidmətində yenilikləri təklif edir!
2007-ci ildə fəaliyyətə başlayan və yalnız ölkə daxilində peşəkar yükdaşıma xidmətləri təqdim etməyə başlayan Gold Transit şirkəti, innovativliyi ilə diqqəti cəlb edir. 10 illik tarixi ərzində Gold Transit şirkətinin ardıcıl və inkişaf edən istiqamətdə fəaliyyəti hər zaman peşəkar səviyyəsi ilə fərqlənib.
2010-cu ildən həm də sərnişin daşıma xidmətlərini göstərməyə başlayan Gold Transit bu sahədə bir neçə istiqamətdə yerli və xarici müştərilərə müasir səviyyədə xidmətlər təklif edir:
- Turistik nəqliyyat xidməti
Azərbaycanın istənilən bölgəsinə (işğal olunmuş ərazilərimizdən başqa) həm yerli, həm xarici vətəndaşlara, eləcə də şirkətlərə, təşkilatlara yüksək səviyyədə və böyük peşəkarlıqla göstərilən nəqliyyat xidmətidir. Xidmət göstərən bütün nəqliyyat vasitələri son 5 ildə (2012-ci ildən sonra) istehsal olunmuşdur və tez-tez texniki baxışdan keçirilir. Müştərilər həm sedan tipli komfort, biznes, lyuks sinfinden avtomobillər, VIP səviyyəsində mikroavtobuslar (18-20 nəfərlik), Neoplan Cityliner markalı lyuks avtobusları (48 nəfərlik) sifariş edə bilərlər. Bütün xidmətlər təcrübəli və peşəkar sürücülərimiz tərəfindən göstərilir. Gold Transit ilə istirahətiniz nəqliyyatdan başlayacaq!
- İşçi-personal daşımaları
Ölkəmizdə fəaliyyət göstərən yerli və xarici şirkətlərin tələbatı olduğu xidmət sahələrdən biridir. Əsasən uzaqda yerləşən, həmçinin iç vaxtı gec bitən iş yerlərinə əməkdaşların daşınması üçün nəzərdə tutulan bu nəqliyyat xidmətinin müasir dövrdə öz tələbləri var. Gold Transit təhlükəsizlik ilk növbədə olmaqla dəqiq və peşəkar xidmət göstəriciləri ilə də seçilir. Bu xidməti göstərən nəqliyyat vasitələri saz vəziyyətdədir, oturacaqlar 3 nöqtəli kəmərlə təmin olunub, avtobuslarda isitmə-soyutma sistemləri çalışır, onlara GPS vasitəsilə nəzarət həyata keçirilir.
“Shuttle service” üçün Gold Transit ideal partnyordur!
- Hava limani transferləri
Bu xidməti uzun illərdir həyata keçirən Gold Transit ən müasir tələblərə uyğun və hətta innovativ yeniliklərlə müştərilərini hər zaman təəccübləndirməyi bacarır.
Komfort, biznes, lyuks sinfinden təklif olunan avtomobil, mikroavtobus ve avtobuslar son bir neçə ilə aiddirlər.
Bütün sedan tipli avtomobillər su, internetli planşet, yeni jurnallar, çətirlə təmin olunur. Mikro avtobus və avtobuslarda əlavə olaraq mərkəzi monitor müştərilərin ixtiyarındadır. Peşəkar sürücülər müştəriləri uyğun geyimlərdə hava limanında tablo ilə qarşılayır, baqajını daşımaqda və avtomobilə yerləşdirməkdə yardım edir, yağıshlı havada çətir altında müşayiət edir, avtomobilə oturmaq üçün qapını açır. Sürücülərimiz təyyarə enən andan qonaqlar çıxanadək müddətdən asılı olmayaraq onları gözləyir və həm də sonadək qonağı müşayiət edərək yola salır. Sürücülər bütün addımlarını şirkətə məxsus mobil əlaqə vasitəsilə qeyd edirlər, avtomobillərə də GPS vasitəsilə nəzarət olunur. Vacib olan məlumatlardan biri də odur ki, sərnişinlər avtomobildə olduqları zaman baş verə biləcək istənilən xoşagəlməz hadisələrdən sığortalı olurlar. Beləliklə, hava limanı transferi xidmətini də yüksək peşəkarlıqla, müasir, komfortlu formada həyata keçirən Gold Transit şirkəti fərdi və korporativ müştəriləri əməkdaşlıq etməyə dəvət edir.
Əlaqə:
Tel: (012) 5550066
(055) 4500066
Müştərilərin xəbərləri
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
- 20 d. əvvəl
-
- 37 d. əvvəl
-
40 d. əvvəl
İSB Beynəlxalq Sığorta Zəmanət Fondları Forumuna üzv qəbul olunub
-
1 saat əvvəl
Baku Steel Company Caspian Oil & Gas 2026 sərgisində - FOTO/VİDEO
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Azərişıq” şirkətinin rəislərinə maliyyə sanksiyası tətbiq edilib, icrası məcburi göstəriş verilib
- 2 saat əvvəl
-
3 saat əvvəl
Gələcəyə böyük addım: Payonix BOKT-un aktivləri və gəlirləri sürətlə artır!
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?
“Smartfon qiymətlərində 40%-dək artım gözlənilir”
Azərbaycana gələn turistlərin xərcləri 23 % azalıb
“Azərişıq” şirkətinin rəislərinə maliyyə sanksiyası tətbiq edilib, icrası məcburi göstəriş verilib
“Korgöz-Tikinti-Material”nın zərəri azalıb
Ən çox oxunanlar
İyunun 6-da gözlənilən hava şəraiti
Dəmir zavodu layihəsilə bağlı növbəti müqavilələr imzalanıb - 800 MİLYON DOLLAR İNVESTİSİYA, 1600 İŞ YERİ
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı



















.jpg)





