Razində doğulmuş azərbaycanlının şirkəti 5,1 milyard qazandı - 86% ARTIM
Rusiyanın neft şirkəti Lukoil-in bu ilin yanvar-sentyabr dövründə əldə etdiyi xalis mənfəət, ötən ilin eyni dövrü ilə müqayisədə 86,2 faiz artımla 298 milyard 300 milyon rubla yüksəlib.
"Marja" Lukoil-dən verilən məlumata istinadən xəbər verir ki, şirkətin bu ilin 9 aylıq dövründə faiz, amortizasiya və vergi öncəsi mənfəəti 11 faiz artaraq 607 milyard rubla qalxıb.
Şirkətin xalis mənfəəti isə bu dövrdə ötən ilin eyni dövrü ilə müqayisədə 86,2 faiz artımla 298 milyard 300 milyon rubla (təxminən 5,1 milyard dollar) çatıb.
Şirkətin investisiyaları isə 4,6% artımla 373 milyard rubla, şirkətindövriyyəsi isə 11,7%-lik artımla 4 trilyon 274 milyard rubla yüksəlib.
Dünyanın ən böyük neft və qaz şirkətlərindən biri olan Lukoyl, qlobal neft istehsalının təxminən 2%-ni həyata keçirir.
Şirkət əslən azərbaycanlı olan Vahid Ələkbərova məxsusdur.Vahid Ələkbərov 1 sentyabr 1950-ci ildə Bakının o vaxtkı Razin qəsəbəsində anadan olmuşdur. Atası Yusif Ələkbərov müsəlman azərbaycanlı, anası isə rus kazak tayfalarından olan Tatyana Fyodrovna xristian idi
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 d. əvvəl
Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru: insan “cini şüşədən buraxıb”, deyəsən!
- 59 d. əvvəl
-
1 saat əvvəl
“Azərsun Holdinq” növbəti dəfə “Best managed companies” mükafatı qazanıb
-
1 saat əvvəl
Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mayın 23-nə olan hava proqnozu - 27-28 dərəcə isti gözlənilir
-
3 saat əvvəl
Azərbaycan kapital bazarlarında ilk: ABB Invest “agile” (çevik) idarəetməyə keçdi!
-
3 saat əvvəl
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin ediləcək - ADLARI
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Mayın 23-nə olan hava proqnozu - 27-28 dərəcə isti gözlənilir
Ən çox oxunanlar
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin ediləcək - ADLARI
Azərbaycanın sığorta bazarı 4 %-ə yaxın böyüyüb
Problemli borcları yığan şirkət böyüyüb, xalis mənfəəti kəskin artıb
SİMA həlləri WUF13-də təqdim edildi
Çinarlı MTK: yeni metro yaxınlığında və Binəqədidə infrastrukturla paralel inkişaf edən layihə maraq yaradır
“CPM-invest”in xalis mənfəəti 6,6 dəfə artıb














.jpg)





