"Riyad" Mühafizə Xidmətinin adı dəyişdirilir
Azərbaycanda fəaliyyət göstərən "Riyad" Mühafizə Xidmətinin adı dəyişdirilir.
Bu barədə qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fuad Mədətov məlumat verib.
F.Mədətov bildirib ki, qurum 2018-ci ilin yanvar ayından fəaliyyətini başqa adla davam etdirəcək:
"Bu ilin sonuna qədər "Riyad" Mühafizə Xidməti öz adı ilə fəaliyyət göstərəcək. 2018-ci ilin yanvar ayından isə yeni lisenziya alınacaq və qurumun adı "Alov" Mühafizə Xidməti olacaq. Adının dəyişdirilməsinə baxmayaraq, "Alov" Mühafizə Xidməti "Riyad" Mühafizə Xidmətinin bazasında yaradıldığı üçün əvvəlki adla bağlı baş verən bütün proseslərə cavabdeh olacaq".
Xatırladaq ki, "Riyad Təhlükəsizlik Xidməti" 2004-cü il yanvarın 3-də Ədliyyə Nazirliyində təhlükəsizlik şirkəti kimi qeydiyyatdan keçib və hazırda da həmin adla xidmət edir.
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 17 saat əvvəl
-
17 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
-
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Bu bank pulunuza illik 12% gəlir təklif edir
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib







.jpg)




.jpg)







