Azərbaycanda ilk dəfə yapon texnoloqiyası əsasında çay əkilir
Daim yeniliklər axtaran Lənkərandakı “Yaşıl çay” FT MMC çay sahələrini genişləndirməklə yanaşı müasir texnologiyalardan da geniş istifadə etməyə çalışır.
“Marja” “Yaşıl çay”ın məlumatına istinadən xəbər verir ki, burada Azərbaycanda ilk dəfə olaraq yapon texnologiyası əsasında çay əkini həyata keçirilir. Bu əkin üsulu ənənəvi çay əkinindən bir çox cəhətlərinə görə fərqlənir. Eyni zamanda yeni üsul məhsuldarlıq baxımından da üstünlüyə malikdir.
Briqadir Məmməd Məmiyev bildirib ki, ənənəvi üsulla əkində hər hektara 22-25 min şitil istifadə edilirdisə, yeni üsulda 56 min şitil sərf olunacaq. Bitkinin kökünə kölgə düşməsi və hətta yay fəslində də nəmliyi saxlaması sıxlaşdırılmış üsulun əsas üstünlüyüdür. Bu, çayda vegetasiya prosesinin uzanmasına, digər əkin sahələrindən fərqli olaraq ikiqat artıq məhsul toplamağa imkan verəcək.
Yeni əkində şitillər arası 30 sm olmaqla qoşa cərgələr salınır. Qoşa cərgələr arasında isə məsafə köhnə əkində olduğu kimi 1,5m deyil, cəmi 60 sm saxlanılır. Belə sıxlaşdırılmış əkində koların dibi daha çox kölgələnməklə isti aylarda rütubəti qorumaqda yardımçı olur.Nəticədə kolların vegetasiya dövrü uzanır və hər kolun məhsuldarlığı dəfələrlə artır.
Təsərrüfatın rəhbəri Araz Yağubov bildirib ki, eksperimental olaraq salınan yeni sahələrdə gələcəkdə işləyə bilən, onların becərilməsi, budanması və digər işlərdə xüsusi yapon texnikasından istifadə edilməlidir. Bu məqsədlə çayçılıq avadanlıqları istehsal edən müvafiq yapon şirkətlərinin Rusiyadakı nümayəndəliyi ilə əlaqələr yaradıb gələcəkdə bizə lazım olan texnikaların gətirilməsini təmin edəcəyik.
Təsərrüfat rəhbərliyinin verdiyi məlumata görə, bu il 5 ha sahədə eksperimental çay əkini keçiriləcək.
Hazırda “Yaşıl çay” fermer təsərrüfatında böyük perspektiv vəd edən müasir yapon texnologiyası ilə çay əkini davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
26 d. əvvəl
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
30 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 43 d. əvvəl
- 46 d. əvvəl
- 48 d. əvvəl
- 49 d. əvvəl
- 52 d. əvvəl
- 53 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib



















.jpg)

