“Azərsun” şəkər və qənd bazarında payını itirir

Azərbaycanda qənd və şəkər tozu istehsalı kəskin azalıb.
“Marja” rəsmi statistikaya istinadən xəbər verir ki, 2017-ci ilin yanvar-oktyabr aylarında 190,8 min ton qənd və şəkər tozu istehsal edilmişdir. Bu, 2016-cı ilin 10 ayı ilə müqayisədə 46,5% azdır. 2016-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda 356,6 min ton qənd və şəkər tozu istehsal edilmişdi.
İstehsal azaldığından idxal artır. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2017-ci ilin 10 ayı ərzində Azərbaycana 151 milyon dollar dəyərində 328 min ton şəkər idxal edilib. Bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 51% çoxdur. 2017-ci ilin 10 ayı ərzində Azərbaycandan 36,5 milyon dollar dəyərində 56 min ton şəkər ixrac edilib.
Azərbaycanda şəkər tozu istehsalçısı “Azərsun Holdinq”dir. Holdinqin 2006-cı ildə istifadəyə verdiyi İmişli Şəkər Zavodunun illik gücü 300-350 min ton civarındadır. Rəsmi statistika və zavodun istehsal gücününü müqayisəsini apararaq qeyd etmək olar ki, İmişli Şəkər Zavodu yarı gücü ilə işləyir.
İmişli Şəkər Zavodu, xammalının bir qismini şəkər çuğunduru yetişdirən yerli torpaq mülkiyyətçilərindən, digər hissəsini isə idxal olunan xam şəkər hesabına təmin edir.
Qeyd edək ki, Azərbaycanın Ukraynadan şəkər tozu idxalı artıb. Bu idxal ilə digər iri ticarət şirkətləri məşğul olurlar.
Məhsul növləri | 2017-ci ilin yanvar-oktyabr aylarında istehsal edilmişdir | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə | 01.11.2017-ci il vəziyyətinə hazır məhsul ehtiyatı |
Üzlü süd, min ton | 761,6 | 103,8 | - |
Qaymaq və xama, ton | 3 947,8 | 100,1 | - |
Pendir və kəsmik, ton | 43 188,9 | 104,5 | 84,3 |
Kərə yağı, ton | 20 991,2 | 99,1 | 4,1 |
Cem və marmeladlar, ton | 29 346,6 | 102,0 | 74,0 |
Duru bitki yağları, ton | 45 980,0 | 104,0 | 513,4 |
Marqarin, ton | 41 851,3 | 113,0 | 717,8 |
İnsanın qidalanması üçün yararlı olan duz, min ton | 53,0 | 107,3 | 0,2 |
Qənd və şəkər tozu, min ton | 190,8 | 53,5 | 46,6 |
Çörək və çörək-bulka məmulatları (əmtəəlik), min ton | 642,0 | 101,1 | - |
İçki məhsulları | |||
Şampan şərabı, min dkl | 0,4 | 36,4 | 3,9 |
Araq, min dkl | 432,2 | 91,0 | 97,5 |
Brendi (konyak), min dkl | 4,1 | 70,7 | 29,2 |
Üzüm şərabı, min dkl | 833,4 | 119,1 | 1 054,3 |
Pivə, min dkl | 3 797,3 | 129,5 | 217,5 |
Likörlər, min dkl | 72,8 | 63,1 | 75,1 |
Alkoqolsuz içkilər, min dkl | 16 854,1 | 103,6 | 443,8 |
Tütün məmulatları | |||
Fermentləşdirilmiş tütün, ton | 2 453,6 | 172,3 | - |
Papiros və siqaretlər, milyon ədəd | 748,0 | 52,7 | 1,0 |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
- 15 saat əvvəl
-
15 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
18 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
