Azərbaycanda dollarlaşmanın azalması gözlənilmir
Azərbaycan iqtisadiyyatında dollarlaşma səviyyəsinin tezliklə azalması gözlənilmir.
Analitiklər bildirir ki, buna səbəb kommersiya banklarında manatla depozit və əmanətlər üzrə gəlirlilik dərəcəsinin ilin əvvəlindən xeyli azalması amili göstərilir. Belə ki, əgər bu ilin əvvəlində banklarda depozit və əmanətlər üzrə hətta 1 aylıq depozitlər üzrə illik gəlirlilik 13-15% təşkil edirdisə, hazırda bu göstərici 5-8%-ə qədər enib. Bununla yanaşı, qısamüddətli dollar depozitlərinin faizi də xeyli azalıb və 0,25-1% diapazonunda dəyişir.
"Lakin nisbətən uzunmüddətli dollar depozitləri üzrə illik faiz dərəcəsi 3% olaraq qalır. Yerli valyutada devalvasiya təhlükəsi ilə qarşılaşmaq istəməyən depozit sahibləri üçün hazırda dollar depozitinə vəsait yatırmaq daha sərfəlidir. Çünki, dollar və manat əmanətləri üzrə gəlirlilik arasında fərq minimuma enib", - deyə analitiklər bildiriblər.
Ekspertlər hesab edirlər ki, bankların faizləri azaltmasına səbəb isə onların kredit verə bilməməsi ilə bağlıdır: "İqtisadiyyatın yavaşlaması, kredit şərtlərinin sərtləşdirilməsi bankların kreditləşməni minimuma endirməsinə səbəb olub. Nəticədə, normal menecmentə sahib olan banklar əlavə faiz ödənişi etməkdən qaçmaq üçün məcburi halda depozit və əmanət faizlərini aşağı salıb. Bu da öz növbəsində əhalinin tədricən sərbəst vəsaitlərini ümumiyyətlə banklardan çəkməsinə gətirib çıxarıb. Banklar da öz növbəsində əhalidən topladıqları vəsaiti 10%-lə Azərbaycan Mərkəzi Bankının (AMB) depozit hərracında yerləşdirməklə ayaqda qalmağa çalışır".
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
1 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)















.jpg)