103 milyard dolları rədd edir - "AZDIR"
Dünyanın ən böyük mobil çip istehsalçılarından Qualcomm, rəqibi Broadcom-un 103 milyard dollarlıq satın alma təklifini rədd etməyə hazırlaşır.
Broadcom-un digər yarımkeçirici istehsalçısı Qualcomm-a 103 milyard dollar dəyərindəki satınalma təklifi bazarda böyük həyəcan yaratmışdı. Amma görünən budur ki, müqavilə güman edildiyi qədər asan tamamlanmayacaq.
"Marja" xəbər verir ki, Reuters-ın məsələyə yaxın adsız mənbələrə istinadən yaydığı xəbərə görə, Qualcomm-un idarə heyəti təklifin kifayət məbləğdə olmadığını bildirib və bu həftənin sonuna qədər Broadcom-a bu barədə bir cavab verməyə hazırlaşır.
Qualcomm-ın İcraçı direktoru Stiven Mollenkopf, ötən həftə şirkətin səhmdarlarının fikirini öyrənmişdir. Şirkət, Broadcom-un bir səhmə 70 dollar ödəmək istədiyi satınalma təklifinin az olduğunu, Qualcomma olduğundan daha az qiymət verildiyi qənaətindədir.
Satınalmanı reallaşdırmaqda qərarlı olan Broadcom-ın İcraçı direktoru Hock Tan, lazım gələrsə şirkətin mərkəzi ofisini Sinqapurdan ABŞ-a köçürəcəyini bildirib.
BAZARLIQLAR DAVAM EDƏCƏK
Broadcom Qualcomm-u almaq üçün maliyyə həlli ssenariləri üzərində çalışır.
Qualcomm, 2016-ci ilin oktyabr ayında avtomobil sənayesi üçün əməliyyat sistemləri istehsal edən NXP Semiconductors ilə 38 milyard dollarlıq bir satınalma müqaviləsi imzalayıb. Broadcom, bu satınalma tamamlanmasa belə Qualcomm-u satın almaq istədiyini qeyd edir. Mövzuya yaxın mənbələr Qualcomm-un NXP-ni satın alaraq müqavilənin qiymətini yuxarıya qaldırmaq istədiyini deyir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
12 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
























