İstilik tarifləri qalxmadığı üçün, “Azəristliktəchizat” büdcəyə yükdür
2018-ci ildə “Azəristliktəchizat” ASC dövlət büdcəsindən 14 mln. manat məbləğində maliyyə yardımı əldə edəcək. Bu barədə Hesablama Palatasında qeyd edilir.
“Nazirlər Kabinetinin 31 mart 2017-ci il tarixli sərəncamı ilə kommunal xidmətlərə tariflərin artımı ilə əlaqədar cari il “Azəristliktəchizat”a maliyyə yardımı qismində əlavə 14.1 mln. manat ayrılıb. Bu gələn il üçün dövlət büdcəsi layihəsində nəzərdə tutulur”, - Palatanın 2018-ci il üçün dövlət büdcəsi layihəsinə dair rəyində qeyd olunur.
2018-ci ildə “Azəristliktəchizat” ümumilikdə dövlət büdcəsindən 33 mln. manat əldə edəcək, bu da cari il üçün göstəricidən 74,6% çoxdur.
Palata vurğulayır ki, 2018-ci ildə “Azəristliktəchizat” üçün büdcədən ayrılmış məbləğin artırılmasının səbəbi istilik enerjisi tariflərinin dəyişilməz qalması zamanı, onun istehsalında əsas komponentlər təşkil edən qaz, su və elektrik enerjisi tariflərinin son illər ərzində bir neçə dəfə artrmasıdır.
“Nəticədə əldə edilən məhsulun maya dəyəri cari qiymətindən baha başa gəlir. Lakin, ASC-nin debitor borclarının olması və dövlət tərəfindən yalnız əhali kateqoriyasından abonentlərin zərərinin ödənilməsi nəzərə alınaraq, 2018-ci il üçün proqnozlaşdırılan vəsait həcminin azalması imkanı mövcuddur”, - Palatada hesab edirlər.
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)







.jpg)







