İnvestorlar neftin bahalaşacağına inanmırlar
Neftin yüksək qiyməti investorlara neft fyuçerslərinə sərmayə qoyan fondlardan (ETF) çıxmaq üçün yaxşı imkan yaradıb.
Sentyabr ayından başlayaraq, neft müqavilələrinə yatırım edən nəhəng ETF fondlarının müştəriləri aktiv şəkildə vəsaitlərini çıxarmağa başlayıblar. Buna səbəb, ABŞ-da avtomobil mövsümünün başa çatması fonunda neftə tələbatın azalması amili göstərilir.
Belə ki, "United States Oil Fund"dan 13-23 oktyabr tarixlərində 67 mln., son 7 həftə ərzində isə yarım milyard dollara yaxın vəsait çıxarılıb. Digər nəhəng fond olan "ProShares Ultra Bloomberg Crude Oil"dan müştərilər son bir həftədə 20 mlrd. dollar, sentyabrdan etibarən isə 200 mlrd. dollar çıxarıb. Digər fondlarda da vəziyyət eynidir.
İnvestorlar enerji daşıyıcılarının qiymətinin hazırkı səviyyədən artmasına inanmırlar. Bunun səbəbi neft qiymətlərinin son 2 ilin maksimal həddinə çatıb və buradan geri dönmək ehtimalı yüksəkdir. Lakin investisiya fondları cari qiymətlərin bir qədər də yüksələ biləcəyini istisna etmir. Xatırladaq ki, əgər yay aylarında neft qiymətlərinin artmasına qoyulan investisiya onun azalmasına qoyulan vəsaiti 10 dəfə üstələyirdisə, hazırda bu göstərici 2,5 dəfəyə enib.
"Saxo Bank"ın analitiki Ole Hansen (Ole Hansen) hesab edir ki, neft fyuçerslərində investorların mövqeləri qiymətlərin artmasına mane olur: "Neftin qiymətinin bu günə qədər yüksəlməsinə səbəb olan investorlar, onların azalmasını da sürətləndirə bilər. Gec və ya tez son dövrlərdə neft kontraktlarından əldə olunan mənfəəti götürmək üçün səbəb yaranacaq. Bu da qiymətlərin düşməsinə gətirib çıxaracaq".
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 20 d. əvvəl
- 26 d. əvvəl
-
34 d. əvvəl
“Qarabağ Taxıl” şirkətinin nizamnamə kapitalı 1,4 milyon manat azaldılıb
-
58 d. əvvəl
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək
-
58 d. əvvəl
Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar 5 gün ardıcıl qeyri-iş günü olacaq
-
1 saat əvvəl
"Neftin qiyməti 140–150 dollar səviyyələrinə qədər yüksələ bilər"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
“Kredaqro” BOKT-ın vəzifəli şəxsi cərimə edilib
“AzInTelecom” tərəfindən 68 minə yaxın IMEI kod bloklanıb
"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Dövlət şirkəti indiyədək 572 min unsiya qızıl və 1,1 milyon unsiya gümüş satıb, 2 milyard manatdan çox gəlir əldə edib
3 gün ardıcıl qeyri-iş günü olacaq
Tramp: “İran təslim olmaq məcburiyyətindədir”
Rəsmi məzənnələr açıqlandı
Neft kəskin bahalaşıb - QİYMƏTİ 126 DOLLARI DA KEÇİB






.jpg)
.jpg)





.jpg)








