“Qonşu ölkələrin şirkətləri “Azexport” portalına üz tutur”
“Rəqəmsal Ticarət Qovşağının yaradılması və fəaliyyətinin genişləndirilməsi Azərbaycanın beynəlxalq ticarətə inteqrasiyası istiqamətində atılan zəruri addımlardan biridir”.
Bunu Azərbaycan prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi xidmətinin sektor müdiri Elxan Mikayılov Bakıda keçirilən birinci Rəqəmsal Ticarət Qovşağına dair beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, Rəqəmsal Ticarət Qovşağının fəaliyyəti nəticəsində ölkəmiz regional ticarət habına çevrilməkdədir.
Sektor müdiri bildirib ki, “Azexport” portalının (azexport.az) yaradılması qeyri-neft sektorunun inkişafı, o cümlədən qeyri-neft məhsullarının ixracı baxımından olduqca böyük əhəmiyyətə malikdir:
“İndiyədək portal vasitəsilə 50 ölkədən 300 milyon dollarlıq sifariş daxil olub ki, bu da ciddi uğurdur. İnanıram ki, bu rəqəm getdikcə artacaq. Portala qonşu ölkələr tərəfindən də maraq göstərilir. Belə ki, qonşu ölkələrin şirkətləri portala üz tutur. Beləliklə, tam əminliklə deyə bilərəm ki, portal beynəlxalq əhəmiyyətli resursa çevrilir və ölkəmizin regional ticarət qovşağına çevrilməsi sürətlənir”.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
11 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
12 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
13 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI






















