Hazırda 2,80 manata alınan fındığın bahalaşacağı gözlənilir
Qax Azərbaycanda fındıqçılığın inkişaf etdiyi əsas rayonlardan sayılır. Fındığı başlıca çörək ağacı hesab edən rayon sakinləri bu məhsula həmişə həssas yanaşıblar. Bölgədə istehsal edilən fındıq keyfiyyəti ilə fərqləndiyindən onun dünya bazarına ixrac potensialı da yüksəkdir.
Rayonda cari il ərzində 5 min ton fındıq istehsalı gözlənilir. Məhsul satışından rayona ən azı 13-14 milyon manat məbləğində vəsait daxil olması gözlənilir ki, bu da kənd əhalisinin sosial rifahının, yaşayış şəraitinin daha da yaxşılaşmasına ciddi şəkildə təsir edəcək.
Fındığın maya dəyəri digər kənd təsərrüfatı bitkiləri ilə müqayisədə daha az olduğundan yüksək rentabelliyi ilə seçilən, daxili və xarici bazarlarda daimi alıcısı olan bu məhsul istehsalçıları üçün daha əlverişli hesab edilir. Hazırda məqsəd zəruri aqrotexniki tədbirlərin vaxtında və yüksək səviyyədə aparılmasını təmin etməklə, yaxın 2-3 il ərzində hər hektardan məhsuldarlığın əhəmiyyətli dərəcədə artırılmasına nail olmaqdır.
Rayonun yaşından asılı olmayaraq təsərrüfat fəaliyyətinə meyilli olan bütün insanları istər mövcud, istərsə də yeni salınan bağlara həssaslıqla yanaşırlar. Tasmalı kənd sakini Rizvan Cumayev yaşlı nəsli təmsil edir. Orta ixtisas təhsilli aqronomdur. 1971-1996-cı illərdə kolxozun təsərrüfat briqadiri olub. Hazırda yaşının ahıl dövrü olmasına baxmayaraq, zəhmətsevərliyi ilə seçilir. Həyətyanı sahə ilə yanaşı, torpaq islahatları zamanı ona düşən bir hektar fındıq bağından səmərəli şəkildə istifadə edir. Aqrotexniki qaydalara düzgün əməl etməsi, hər bir fındıq topasına qulluq göstərməsi müsbət nəticəsini verir. Dediyinə görə, bu il bağlardan ən azı 1,5 tona yaxın məhsul götürəcək. İndiki halda məhsulun bir kiloqramını 2 manat 80 qəpiyə təhvil versə də, ehtiyatda saxladığı fındığı sonrakı mərhələdə daha baha qiymətə satacağını düşünür.
Rizvan kişi deyir ki, ailə üzvləri ziyalı olduğundan onlar fərqli dövlət qurumlarında çalışırlar. Ona görə də fındıq ağaclarının becərilməsi və məhsulun tədarükü üçün günəmuzd işçilər tutur. Hazırda bir günlük iş üçün 12 manat ödəniş edilir. Ondan başqa, işçilərin gündəlik yemək və çay təminatları da ödənilir. R.Cumayev deyir: “Fındıq Balakəndən tutmuş Şəkinin bəzi kəndlərinə kimi bu bölgədə yaşayan insanların çörək ağacı olub. Heyvandarlıq da öz yerində. Fındıq zəhmət tələb edir. Əgər ona aqrotexniki qulluq göstərsən, mütləq bəhrəsini görəcəksən. 160 top fındıq ağacımız var ki, o da ailə üçün yetərlidir. Builki məhsul isə daha çoxdur. Buna baxmayaraq, insanlar imkanları daxilində digər sahələrə də diqqət yetirməlidirlər”.
Qax rayonunun Zəyəm kəndində yerləşən fındıq emalı müəssisəsinə də baş çəkirik. Burada da həyat qaynayır. İstehsalçılar gətirdikləri məhsulu təhvil verir, müəssisənin işçiləri isə onu qəbul edir və analizini aparırlar. Bir tərəfdə isə fındıq ləpələrini çeşidləyirlər. Ümumilikdə bu müəssisədə 30 nəfər çalışır.
Zavodun rəhbəri Sabit Hacıyev dedi ki, onlar əsasən yaxınlıqda yerləşən Zəyəm, Tasmalı və Lələli kəndlərindən məhsul qəbul edirlər. Keçən il cəmi 500 ton fındıq tədarük etmişdilər. Bu il isə daha çox məhsul gözlənilir. Buradan məhsul əsasən İtaliya və Rusiyaya ixrac olunur.
S.Hacıyev qida sənayesində çalışmaqla yanaşı, həm də fermer fəaliyyəti ilə məşğuldur. 23 hektar fındıq bağı var. Ailə üzvləri də ona həm emal müəssisəsində, həm də bağlarda görülən zəruri işlərdə yaxından kömək edirlər.
Müsahibimiz bildirir ki, hazırda bu sahənin inkişafı üçün fındığın yetişdirilməsinin sirlərini bilmək vacibdir. Bu istiqamətdə maarifləndirmənin zəif olması problem yarada bilər. Çünki bağ sahibi olan insanların bəziləri fındığa qulluq, eləcə də məhsulun saxlanılmasına aid az məlumata malikdirlər.
İstehsalçıların heç də hamısı məhsulunu eyni vaxtda satmır. Biri təzə dəyən vaxtda, yaş halda fındığı satırsa, digəri isə məhsulu bir qədər saxlayıb sonra daha baha qiymətə satmağı hədəf götürür. Bu zaman fındığın saxlanma yerinin düzgün seçilməsi, məhsulun düzgün qurudulması çox vacibdir. Əks halda fındıq yararsız vəziyyətə düşə bilər. Qeyd olunan qaydalara əməl olunmaması fındıq ixracatçıları üçün satışda problemlərə yol açır. Saxlanma qaydalarına düzgün əməl olunmaması səbəbindən fındığın tərkibində turşular, zərərli maddələr əmələ gəlir. Ona görə də məhsulun becərmə və saxlama qaydalarına düzgün əməl olunması əsas məsələ hesab edilməlidir.
© "Azərbaycan"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
38 d. əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
7 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
8 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
9 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI





















