“İkinci Festival Azərbaycana turist axınını stimullaşdıracaq”
Oktyabrın 15-dən noyabrın 15-dək Bakıda təşkil olunacaq II Şopinq Festivalı ilə bağlı mətbuat konfransı keçirilib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, I və II şopinq festivalları arasında həm mövsüm baxımından, həm təbliğat baxımından müəyyən fərqlər olacaq. O deyib ki, II Şopinq Festivalı Azərbaycana turist axınını stimullaşdıracaq.
Ə. Qarayev qeyd edib ki, I Şopinq Festivalla müqayisədə II Şopinq Festivalının iştirakçılarının sayı artıb. Belə ki, 467 müəssisə qeydiyyatdan keçib, iştirakçıların sayı isə 578-dir.
Vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, əvvəlki festivalla müqayisədə Əlavə Dəyər Vergisi (ƏDV) köşklərinin də sayı artıb: “Bu dəfə 7 ƏDV köşkü fəaliyyət göstərəcək. Hazırda qeydiyyat prosesi qaydasında gedir. Vergilər Nazirliyi operator olaraq II Şopinq Festivalına tam hazırdır”.
Bakı Şopinq Festivalının rəsmi tərəfdaşları Vergilər Nazirliyi, Azərbaycan Hava Yolları (AZAL), “ASAN Xidmət” və “AzərTürkBank”dır.
II Şopinq Festivalında müştərilər dünya brendlərinə məxsus geyim, elektronika, məişət texnikası, mebel, ətriyyat və kosmetika, eləcə də digər məhsulları Bakıda yerləşən 400-dən çox mağazadan xüsusi kampaniya və endirimlərlə əldə edə biləcəklər. Üstəlik, həmin mallara “Tax Free” imkanı təqdim olunacaq.
"Baku Shopping Festival - Tax Free" nişanı olan mağazalardan 100 AZN-dən çox alış-veriş edən həm yerli, həm də xarici vətəndaşlar aldıqları məhsulların ƏDV-sinin müəyyən qismini geri ala biləcəklər. Həmin məbləğ nağd və bank hesabına/karta köçürmə yolu ilə əldə edilə bilər. Beləliklə, II Bakı Şopinq Festivalı zamanı alıcılar bəyəndikləri malları digər dövrlərdən daha sərfəli qiymətlə ala bilərlər. ƏDV qaytarılması yalnız “Baku Shopping Festival - Tax Free” nişanı olan mağazalarda mümkündür. Nişan olmayan mağazalarda "Tax Free" sistemi tətbiq olunmur.
Bakıda yerləşən və üzərində Bakı Şopinq Festivalının loqosu olan bütün mağaza, restoran və digər obyektlər festivalda iştirak edir. Sözügedən mağaza və restoranların siyahısı və ünvanları festivalın rəsmi saytında (http://bakushopfest.com/our-stores/ bölməsində) yerləşdiriləcək.
Qeyd edək ki, I Bakı Şopinq Festivalı bu ilin 10 aprel - 10 may tarixlərində keçirilib. Festival cəlbedici təkliflər və geniş miqyaslı təbliğat vasitəsilə. ölkəyə gələn turistlərin sayını artırmaq, turizm, mehmanxana xidməti, ticarət, nəqliyyat və digər sahələrin inkişafına təkan vermək məqsədi daşıyır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mərkəzi Bankı fişinq hallarına qarşı yeni sistem tətbiq edəcək
-
6 saat əvvəl
24 400 manat ilkin ödəniş et, Biləcəridə tam təmirli, 3 otaq studiya sənin olsun - “Kristal!”
-
7 saat əvvəl
Səudiyyə Ərəbistanın neft şirkətinin obyekti vurulub, fəaliyyətini dayandırıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Adları “Qızıl kitab”a yazılmış gənc istedadlara xüsusi təqaüdlər veriləcək - 62 MİN MANAT AYRILDI
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"İran Trampı öldürməyə çalışır"
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı
Bakı Fond Birjasının ticarət dövriyyəsi kəskin azalıb
Mərkəzi Bankı fişinq hallarına qarşı yeni sistem tətbiq edəcək
24 400 manat ilkin ödəniş et, Biləcəridə tam təmirli, 3 otaq studiya sənin olsun - “Kristal!”
Ən çox oxunanlar
“Yaşıl Cümə” başlayır – hər yer yaşıl olacaq!
Adları “Qızıl kitab”a yazılmış gənc istedadlara xüsusi təqaüdlər veriləcək - 62 MİN MANAT AYRILDI
PAŞA Sığorta 20 illiyini “Yubiley” kampaniyası ilə qeyd edir!
İran neftin qiymətinin 200 dollara qədər yüksələcəyini ehtimal edir




















