Azərbaycan WIPO-ya Bakıda ofis təsis edilməsini təklif edir
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) baş direktoru Frensis Qarri2018-ci ilin birinci yarısında Azərbaycana səfər edəcək. Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib.
“WIPO-nun baş direktoru Frensis Qarri2018-ci ilin birinci yarısında Azərbaycana səfər edəcək”, - məlumatda deyilir.
Bu barədə F.QarrininKomitənin sədri Ramiz Həsənovla Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Üzv Dövlətləri Assambleyasının 57-ci iclası çərçivəsində keçirilən görüşündə bildirilib.
“Azərbaycan tərəfi WIPO-nun Bakıda xarici ofisinin təsis olunması və 2018-ci ildə yeni fəaliyyət planı layihəsinin imzalanmasında maraqlıdır”, - R.Həsənov görüşdə qeyd edib.
Həmçinin R.Həsənov ÜƏMT-nin bir neçə departamentində işçi görüşlər keçirib, əməkdaşlıq məsələlərini müzakirə edib.
O cümlədən, Komitə sədri bir neçə ölkənin patent qurumunun rəhbərləri ilə görüşlər keçirib.Görüşlərdə ikitərəfli əməkdaşlıq perspektivləri nəzərdən keçirilib, ÜƏMT-nin Bakıda xarici ofisinin təsis edilməsinə dəstək göstərilməsi üçün danışıqlar aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























