"Fitch" neft qiymətlərinin 60 dollardan aşağı qalacağını gözləyir
Beynəlxalq kredit reytinqi agentliyi "Fitch Ratings", qlobal bazarda xam neft qiymətlərinin 60 dollardan aşağı qalacağını bildirib.
"Marja" xəbər verir ki, "Fitch Ratings"dən edilən açıqlamada, dünya üzrə neft hasilatı xərclərinin aşağı düşdüyünə diqqət çəkilib.
ABŞ-da şist nefti istehsalındakı artıma işarə edilən açıqlamada, şist neftinin dəyişən bazar şərtlərinə və qiymətlərinə sürətli adaptasiya ola bildiyi qeyd edilib.
ABŞ-da qazılmış neft quyularının sayının 2016-nın sonundan bu yana 45 faiz artdığı bildirilən açıqlamada, ölkənin xam neft hasilatının da 2016-cı ilin İyul ayındakı gündəlik orta hesabla 8,4 milyon barreldən keçən həftə 9,5 milyon barelin üstünə qalxdığı vurğulanıb.
Açıqlamada, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) neft hasilatın azaldılması planının qlobal bazarda yaxın müddətdə tələb-təklif balansına kömək edə bilməyəcəyi qeyd olunub.
Neftbazalarda xam neft və neft məhsulları ehtiyatlarının hələ də yüksək olduğuna diqqət çəkilən açıqlamada, bunun qiymətlər üzərində təzyiq yaratdığı ifadə edilib.
"Fitch Reytings"ə görə, Brent növü xam neftin barrel qiyməti bu ilin son rübündə və gələn il orta hesabla 52,50 dollar, 2019-da da orta hesabla 55 dollar olacaq.
ABŞ-ın Qərbi Texas (WTI) növü xam neftinin barreli isə bu ilin son rübündə və gələn il orta hesabla 50 dollar, 2019-da da orta hesabla 52,50 dollar təşkil edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)






.jpg)







