“Büyükfırat Group”un rəhbərinə Azərbaycanda vəzifə verildi
Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB)” növbəti Ümumi Yığıncağı keçirilib.
"Marja" xəbər verir ki, yığıncaqda TÜİB sədrinin və qurumun rəhbər orqanlarına seçkilər keçirilib.
Səsvermənin nəticələrinə əsasən, “Büyükfırat Group”un rəhbəri Hüseyn Büyükfırat TÜİB-in yeni sədri seçilib. Həmçinin TÜİB-in İdarə Heyətinin və Nəzarət Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib.
Tədbirdə çıxış edən TÜİB-in yeni sədri Hüseyn Büyükfırat qurumun gələcək fəaliyyətində heç bir ayrı-seçkiliyin olmayacağını, iş adamlarına siyasi baxışlarına və digər mənsubiyyətlərinə görə deyil, iş qabiliyyətlərinə və Vətənə bağlılıqlarına görə qiymət veriləcəyini deyib.
Xatırladaq ki, bu ilin əvvəlində təsis edilən "Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər" İctimai Birliyi (TÜİB) adı altında bir araya toplanan iş adamları öz sıralarında yerli və xarici şirkət rəhbərlərini, eləcə də sahibkarları birləşdirir. Təşkilata Azərbaycanda fəaliyyət göstərən çox saylı böyük şirkət və holdinqlər, eləcə də tanınmış iş adamları daxildir.
Təşkilatın qarşısında duran əsas hədəflər Azərbaycan və Türkiyənin mövcud iqtisadi potensialının gücləndirilməsi, iki ölkənin iş adamları arasında ortaq platformalar təsis etmək, birgə əməkdaşlıq və investisiya yatırımlarını təşviq etməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 37 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























