Göyçayda qurudulub, MDB və Avropaya ixrac ediləcək

Göyçay rayonunda ilk dəfə olaraq Xurma Qurutma Fabriki və Laqostik Mərkəz inşa edilir. Regionda bənzəri olmayan bu müəssisənin inşası rayonun Yalman kəndində, 1.5 hektar ərazidə həyata keçirilir. İki binanın tikinti işlərinə bu ilin aprelində başlanılıb və indiyədək hörgü və dəmir-beton işləri görülüb, binaların dam örtüyü quraşdırılıb. Hazırda müəssisənin inşasında son tamamlama işləri görülür və avadanlıqların quraşdırılması prosesi gedir. Fabrikin və laqostik mərkəzin gələn ayın sonunda xurma istehsalçılarının və ixracatçılarının istifadəsinə verilməsi nəzərdə tutulur.
Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri, göyçaylı iş adamı Qadir Yusifov bildirib ki, laqostika mərkəzinin nəzdində meyvə-tərəvəz məhsullarının saxlanılması üçün 2000 ton tutumu olan soyuducu anbar inşa edilir.
Qadir Yusifov bildirib ki, Sahibkarlığa Kömək Milli Fondunun krediti və şəxsi vəsaiti hesabına inşa edilən bu soyudu anbar gələcəkdə yerli iş adamlarına xarici bazara daha çox xurma ixrac etməyə imkan verəcək.
Göyçayda hazırda iki soyuducu anbarın olmasına baxmayaraq rayonda ixrac yönümlü meyvə-tərəvəz məhsullarının istehsalı ildə-ilə artdıqca onların tələf olmasının qarşısını almaq üçün yeni soyuducu anbarlara tələbat var.
Bölgədə ilk dəfə olaraq inşa edilən Xurma Qurutma Fabrikində sənaye üsulu ilə qurudulacaq xurma, alma, heyva, armud, ərik və digər meyvələr Rusiya və digər MDB ölkələrinə, eləcə də Avropaya ixrac ediləcək.
Hazırda xarici ölkələrdən gətirilən avadanlıqların quraşdırıldığı bu müəssisə gün ərzində 10 ton meyvə emal etmək gücünə malik olacaq. Soyuducu anbarın və quru meyvə istehsal edəcək fabrikin imkanlarından yerli və ətraf rayonların sahibkarları bəhrələnə biləcək.
“Bildiyiniz kimi bağbanlar yetişdirdiyi xurmanı oktyabr və noyabr aylarında müştərilərə ucuz qiymətə satırlar. Lakin, bu meyvə 3-4 ay ərzində soyuducu anbarlarda saxlanılaraq xarici bazara çıxarılarsa ölkəmizə böyük məbləğdə vəsait daxil olar. Nəticədə xurma istehsalçıları və ixracatçıları daha çox qazanc əldə edər”.
Son illər nəqliyyat xərclərinin xeyli artdığını nəzərə alan sahibkar Qadir Yusifov xurmanın bu fabrikdə qurudularaq qonşu ölkələrdə satışa çıxarılmasının səmərəli olacağını bildirib. O, soyuducu anbar və zavodda ümumilikdə 70-dən çox vətəndaşın daimi və mövsümü olaraq məşğulluğunun təmin ediləcəyini və gələcəkdə istehsal prosesinin genişləndirilməsi nəticəsində yeni iş yerlərinin açılacağını qeyd edib.
Qadir Yusifov rəhbərlik etdiyi Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının strateji plan üzərində çalışdığını bildirib.
“Əvvəlcə keyfiyyətli və xarici bazar tələbatına uyğun, rəqabət qabiliyyətli, sağlam və görünüş baxımından yaxşı məhsul istehsalını, eləcə də məhsulun düzgün çeşidlənməsi, qablaşdırılması və “Made in Azerbaijan” brendi altında MDB və Avropa ölkələrinə ixrac edilməsini qarşıya məqsəd qoymuşuq. Biz yerli xurma istehsalçılarına izah edirik ki, torpağın analizinin aparılması, torpağın tələbatına görə ağacın qidalandırılması, ağacın doğru budanması və vaxtında zərərvericilərə qarşı mübarizənin təşkili çox vacib məsələdir. Bunun nəticəsində keyfiyyətli məhsul istehsal etmək olar”.
Qadir Yusifov hər il Azərbaycanda istehsal olunan 180 min tondan çox xurmanın 20 faizinin Göyçayın payına düşdüyünü bildirib. O, Göyçayın bütün kəndlərində ixrac yönümlü məhsul olan xurma yetişdirildiyini, kəndlilərin bu sahəyə böyük marağının olduğunu, rayon bağbanları üçün xurmanın nardan sonra ikinci gəlirli sahə hesab edildiyini və məhsulun 80 faizinin Rusiya və digər MDB ölkələrinə ixrac olunduğunu bildirib. “Ötən il Göyçayda mövcud olan 805 hektar bar verən xurma bağından 18 min 700 ton məhsul əldə edilib. Kəndlilər məhsulu öz həyətlərində müştərilərə bir kiloqramını 0.5 manata satıblar. Xurmanın toplanılması, qablaşdırılması, avtomobillərə yüklənilməsi və daşınması prosesinə 1000-dən çox göyçaylı cəlb olunub ki, bu da onların mövsümü olaraq məşğulluğunun təmin edilməsinə səbəb olub. Göyçay fermerləri son illər rayonda xurma bağlarını xeyli genişləndiriblər. Ötən il rayonda 15 hektar sahədə yeni xurma bağları salınıb. Bu il rayonda daha 30 hektar yeni bağın salınması üçün işlər görülür”.
© Azərtac
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
23 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
3 saat sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
-
56 d. əvvəl
Ekoloji həllər üçün vacib addım: Azərbaycanda ilk “WaterTech Bootcamp”
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
2025-ci ilin ilk yarısı: zəifləyən qeyri-neft sektoru hansı siqnalları verir?
- 2 saat əvvəl
-
2 saat əvvəl
İngiltərə Mərkəzi Bankının faiz qərarı bazarların yönünü müəyyənləşdirəcək
- 3 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

Sentyabrın 19-da gözlənilən hava şəraiti

Norveç Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"

Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub

Azərbaycan neftinin son qiyməti

Bakıda yeni “McDonald’s” restoranı - “Port Baku Mall”un qarşısında fəaliyyətə başladı - FOTOLAR

Gəncə və Göygöldəki restoranlarda yoxalama aparılır, nöqsanlar aşkar edilib - SİYAHI

Bakı Ağ Şəhərdəki bu obyektdə nə baş verir?

Rəsmi məzənnələr açıqlandı
