Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3-ABB_21

Rüsumsuz ticarət xüsusi gömrük proseduru və onun əhatə dairəsi müəyyənləşir

AzVak-mobil_resmin_ustu_31
Rüsumsuz ticarət xüsusi gömrük proseduru və onun əhatə dairəsi müəyyənləşir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rüsumsuz ticarət xüsusi gömrük proseduru və onun əhatə dairəsi müəyyənləşir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Gömrük Məcəlləsinə təklif edilən yeni – 33.-1-ci fəsildə əksini tapıb.

Reklam_3_11

Layihəyə əsasən, rüsumsuz ticarət idxal gömrük rüsumları və vergilər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisinə gətirilmiş xarici malların gömrük ərazisini tərk edən fiziki şəxslərə şəxsi istifadə (istehlak) üçün pərakəndə qaydada rüsumsuz ticarət mağazalarında satılmasını nəzərdə tutan xüsusi gömrük prosedurudur. Daxili malların rüsumsuz ticarət xüsusi gömrük proseduru altında yerləşdirilərək satışı gömrük orqanlarının icazəsi ilə həyata keçirilir. Malların rüsumsuz ticarət xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Rüsumsuz ticarət mağazalarının yerləşdiyi ərazi gömrük nəzarəti zonası hesab olunur. Rüsumsuz ticarət xüsusi gömrük proseduru altında malların yerləşdirilməsi və satışı gömrük orqanlarının nəzarəti ilə həyata keçirilir.

Rüsumsuz ticarət mağazalarının yaradılmasına icazənin verilməsi, yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpa edilməsi, ləğvi və şərtlərinə riayət olunmasına nəzarət “Lisenziyalar və icazələr haqqında” qanunla müəyyən edilir. Müvafiq icra hakimiyyəti orqanı rüsumsuz ticarət mağazalarının reyestrini aparır, onların siyahısını nəşr edir, rəsmi internet informasiya ehtiyatında yerləşdirir və məlumatların daimi yenilənməsini təmin edir.

Rüsumsuz ticarət xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar üzərində gömrük nəzarəti həmin mallar təkrar ixrac və ya digər gömrük proseduru altında yerləşdirildikdə, məhv edildikdə, yaxud onlardan dövlətin xeyrinə imtina olunduqda başa çatmış hesab olunur.

Rüsumsuz ticarət mağazası ləğv edildikdə rüsumsuz ticarət xüsusi gömrük proseduru altında yerləşdirilmiş xarici mallar təkrar ixrac və ya bütün gömrük ödənişləri ödənilməklə sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında, bu mümkün olmadıqda isə müvəqqəti saxlanc və ya gömrük anbarında yerləşdirilməlidir.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

İş elanları AzVak.az-da

© APA

rüsumsuzticarət dutyfree rüsumsuzticarətmağazası gömrükməcəlləsi AzərbaycanGömrükMəcəlləsi gömrükproseduru xüsusigömrükproseduru gömrükərazisi gömrükrüsumu gömrükvergiləri pərakəndəsatış şəxsiistehlak fizikişəxslər xaricimallar daxilimallar gömrüknəzarəti gömrüknəzarətizonası gömrükorqanları lisenziyalarvəicazələr qanunlayihəsi Milliməclis gömrükqanunvericiliyi Azərbaycanticarət sərbəstdövriyyə təkrarixrac dutyfreeshop
01.05.2026 14:26
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19