970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Türkiyənin turizm gəlirləri 4,2% artıb

Türkiyənin turizm gəliri 2026-cı ilin 1-ci rübündə (yanvar–mart) əvvəlki ilin eyni dövrünə nisbətən 4,2% artaraq 9 milyard 896 milyon 456 min dollar təşkil edib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyənin turizm gəlirləri 4,2% artıb
iç səhifə xəbər şəkil altı (mobil)_32

Türkiyə Statistika Xidmətinin (TÜİK) məlumatlarına görə, ölkənin turizm gəliri yanvar, fevral və mart aylarını əhatə edən 2026-cı ilin 1-ci  rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 4,2% artaraq 9 milyard 896 milyon 456 min ABŞ dolları olub.

Marja xəbər verir ki, turistlərdən əldə olunan turizm gəliri 9 milyard 694 milyon 574 min dollar, tranzit sərnişinlərdən əldə olunan gəlir isə 201 milyon 883 min dollar olub.

Türkiyəyə səfər edən turistlərin sayı 2026-cı ilin 1-ci rübündə 2025-ci ilin eyni dövrünə nisbətən 1,5% artaraq 9 milyon 258 min 129 nəfər olub. Ziyarətçilərin 25,7%-ni, yəni 2 milyon 376 min 343 nəfəri xaricdə yaşayan vətəndaşlar təşkil edib.

İlk rübdə ölkədə gecələyən turistlərin gecəlik orta xərci 102 dollar olub. Xaricdə yaşayan vətəndaşların gecəlik orta xərci isə 72 dollar təşkil edib.

İş elanları AzVak.az-da

30.04.2026 11:43
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19