Rusiya OPEC+da qalmağa davam edəcəyini açıqlayıb
Kreml, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) OPEC+ qərarından sonra, “Rusiya qrupda qalmağa davam edəcək. Bu format enerji bazarlarındakı dalğalanmaları əhəmiyyətli dərəcədə minimuma endirməyə kömək edir” açıqlamasını verib.Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC-ə daxil olmayan bəzi neft istehsalçısı ölkələrin formalaşdırdığı OPEC+ formatında qalmağa davam edəcəyini açıqlayıb. Onun sözlərinə görə, bu format enerji bazarlarındakı dalğalanmaları əhəmiyyətli dərəcədə minimuma endirməyə kömək edir.
Rusiya, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) mayın 1-dən etibarən Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEC) və OPEC+ üzvlüyündən ayrılacağını bildirməsindən sonra açıqlama verib.
Marja xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov OPEC və OPEC-ə daxil olmayan bəzi neft istehsalçısı ölkələrin formalaşdırdığı OPEC+ formatında qalmağa davam edəcəklərini bəyan edib.
OPEC-in və OPEC+-ın fəaliyyətini davam etdirəcəyinə ümid etdiyini bildirən Peskov, OPEC+-ı xüsusilə qlobal bazarlarda mövcud təlatümlər fonunda mühüm təşkilat kimi xarakterizə edib.
Peskov BƏƏ-nin çıxış qərarına hörmətlə yanaşdıqlarını və Rusiyanın BƏƏ ilə enerji dialoqunun davam edəcəyinə ümid etdiyini vurğulayıb.
“OPEC ölkələri hasilatın imkan verdiyi qədər neft hasil etsələr, qiymətlər düşəcək”
Rusiyanın maliyyə naziri Anton Siluanov BƏƏ-nin OPEC-dən çıxması qərarının neft istehsalçısı ölkələrin hasilatı artıracağı və bunun da gələcəkdə qlobal qiymətləri aşağı salacağı anlamına gəldiyini bildirib. Siluanov, “Bu gün üzv ölkələrdən biri olan Birləşmiş Ərəb Əmirliklərinin OPEC-dən ayrıldığını eşidirik. Bu nə deməkdir? Bu, ölkənin istehsal gücünün imkan verdiyi ölçüdə neft hasil edə və onu bazara çıxara biləcəyi deməkdir”, - deyib.
Siluanov OPEC ölkələrinin BƏƏ-nin ayrılmasından sonra siyasətlərini koordinasiyasız şəkildə həyata keçirməsi halında isə neft qiymətlərinin düşəcəyini proqnozlaşdırıb.
Rusiya OPEC+-a 2016-cı ildə qoşulub. Beynəlxalq Enerji Agentliyinin proqnozlarına görə, OPEC+ ötən il dünya üzrə neft və neft məhsulları istehsalının təxminən 50 faizini təmin edib. BƏƏ OPEC+ daxilində dördüncü böyük istehsalçı mövqeyində olduğu halda, Rusiya, Səudiyyə Ərəbistanından sonra ikinci yeri tutur.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
8 saat əvvəl
PAŞA Bank/Cavid Quliyev: Yeni səhmlərə 20 mindən çox sifariş təqdim olunub
-
-
8 saat əvvəl
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
-
13 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 19 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Ən çox oxunanlar
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb






















