ABŞ-İran danışıqları dalana dirənib, neft daha da bahalaşıb
Neft, ABŞ ilə İran arasında planlaşdırılan sülh danışıqlarının ikinci raundunun yenidən pozulmasından sonra 2% bahalaşıb.Neft, ABŞ ilə İran arasında planlaşdırılan sülh danışıqlarının ikinci raundunun yenidən pozulmasından sonra 2% bahalaşıb. İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) strateji əhəmiyyətə malik dəniz yolu olan Hörmüz Boğazı yaxınlığında iki yük gəmisinə mindiyi də bildirilib. Bölgədə gərginlik yüksək olaraq qalmaqda davam edir.
Marja xəbər verir ki, beynəlxalq etalon olan Brent markalı neftin fyuçersləri 2%-dən çox artaraq 107,89 dollara yüksəlib. ABŞ xam nefti də 2%-dən çox dəyər qazanaraq 96,63 dollara qalxıb.
ABŞ Prezidenti Donald Tramp şənbə günü ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşneri İranla danışıqlar aparmaq üçün Pakistanın paytaxtı İslamabada göndərmək planlarını ləğv edib.
Tramp "Truth Social"da paylaşımında belə yazıb: “Səfərə çox vaxt sərf olunur, iş isə çoxdur! Üstəlik, onların rəhbərliyi daxilində böyük çəkişmə və qarışıqlıq var. Kimin məsul olduğunu heç kim bilmir — özləri də daxil. Həm də bütün "kozırlar" bizdədir; onların isə heç nəyi yoxdur. Danışmaq istəyirlərsə, etməli olduqları yeganə şey zəng etməkdir”.
İranın xarici işlər naziri Abbas Əraqçı həftəsonu İslamabada gedib, pakistanlı rəsmilərlə görüşüb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi isə cümə gecəsi sosial mediada paylaşımında “İran ilə ABŞ arasında hər hansı bir görüş planlaşdırılmır,” açıqlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 3 saat əvvəl
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
"Xəzər" Kredit İttifaqı 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
9 saat əvvəl
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
Ən çox oxunanlar
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi
Aprelin 29-da gözlənilən hava şəraiti
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 86 milyon manata yaxın pul ayrıldı - SƏRƏNCAM
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib
TuranBank-dan “Yaşıl gələcəyə” növbəti addım: 1 milyon ağac hədəfi
Unicapital PAŞA Bank səhmlərinin marketmeykeri olacaq
BP-nin mənfəəti İran müharibəsi ilə 2 dəfədən çox artıb
3 gün, 0% komissiya: Unibank yeni kredit kampaniyası keçirir













.jpg)




