İki rəqib şirkət birləşir - qatar və tramvay istehsalında iri şirkət yaranacaq
Avropanın qabaqcıl dəmir yolu, qatar və tramvay istehsalçıları Almaniyanın "Simens" şirkətilə Fransanın "Alstom" şirkəti arasında birləşmək barədə saziş imzalanıb.
"Marja" xəbər verir ki, "Siemens-Alstom"dan edilən yazılı açıqlamaya görə, "Simens" Fransa dövlətinin əlində olan "Alstom"un 50 faiz səhmini satın alır.
Birləşmə ilə yeni yaranın şirkətin 15,3 milyard avroluq dövriyyəyə malik olacağı qeyd edilib. "Siemens-Alstom" tərəfdaşlığının bu birləşmə ilə dəmir yolu vasitələri istehsalında dünya ikincisi, siqnal sistemləri sahəsində də birinci olacağı vurğulanıb. İki rəqib şirkət birləşərək dəmir yolu sahəsində Avropanın ən böyük şirkəti olmağı və dünya lideri çinli CRRC şirkətilə rəqabət etməyi qarşısına məqsəd qoyur.
Fransanın köklü dəmir yolu və qatar istehsalçılarından "Alstom", sürətli qatar (TGV) və tramvay istehsalı sahəsində 32 min 800 nəfəri işlə təmin edir. Almaniyanın texnologiya nəhəngi "Simens"in dəmir yolu sektorunda fəaliyyət göstərən "qanadı" "Simens Mobility"nin isə 27 min 100 əməkdaşı var.
Keçən il, "Alstom"un Fransanın şərqində yerləşən Belfort şəhərindəki istehsal obyektini bağlayacağı açıqlanmış, daha sonra bu qərardan imtina edilmişdi.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
48 d. əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
























