970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“AzInTelecom”un superkompüter infrastrukturundan istifadə genişlənir

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AzInTelecom”un superkompüter infrastrukturundan istifadə genişlənir
iç səhifə xəbər şəkil altı (mobil)_32

AZCON Holdinq şirkətlərindən olan “AzInTelecom” MMC-nin qurduğu Superkompüter Mərkəzinin imkanlarından aktiv şəkildə istifadə edilir.

Süni intellekt (Sİ) həllərinin hazırlanması və tətbiqi üçün geniş imkanlar təqdim edən bu infrastrukturun bir sıra dövlət qurumları və aparıcı təşkilatlar tərəfindən istifadə olunmasına başlanılıb. Hazırda mövcud resurslardan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Milli Süni İntellekt Mərkəzi, ABB və daha bir neçə qurum yararlanmaqdadır.

Superkompüter infrastrukturunda tətbiq olunan “NVIDIA H200 GPU” çipləri böyükhəcmli məlumatların yüksək sürətlə emalına imkan verir və ənənəvi kompüterlərlə müqayisədə əhəmiyyətli üstünlük təmin edir. Bu da öz növbəsində Sİ layihələrinin ölkə daxilində, xarici resurslardan asılılıq olmadan inkişaf etdirilməsinə şərait yaradır.

Qeyd edək ki, layihənin əsas məqsədi ölkədə süni intellekt texnologiyalarının tətbiqini genişləndirmək, bu sahədə inkişafı sürətləndirmək və rəqəmsal transformasiyaya töhfə verməkdir. “AzInTelecom” tərəfindən superkompüter infrastrukturunun genişləndirilməsi məqsədilə əlavə “GPU” resurslarının təmin olunması istiqamətində işlər davam etdirilir.

AzInTelecom superkompüter mərkəzi AzInTelecom superkompüter infrastrukturu AzInTelecom süni intellekt layihələri Azərbaycanda superkompüter infrastrukturu Azərbaycanda süni intellekt inkişafı AZCON Holding AzInTelecom layihəsi NVIDIA H200 GPU superkompüter Azərbaycanda AI infrastrukturu AzInTelecom GPU resursları Azərbaycan süni intellekt mərkəzi AzInTelecom rəqəmsal transformasiya Azərbaycanda yüksək hesablama gücü HPC
20.04.2026 10:17

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19