Azərbaycanda ev üçün ən böyük mağaza açılacaq
Sentyabrın 29-da Azərbaycanda ev üçün ən böyük mağaza- "Evimiz"in açılışı nəzərdə tutulur.
"Marja" xəbər verir ki, "Evimiz" keçmiş "Master Tibot" mağazasının yerində yerləşir.
Bu, sıradan bir təsərrüfat malları mağazası deyil. "Evimiz" - Azərbaycanda ən böyük "ev üçün hər şey" tipli mağazadır.
Sadəcə təsəvvür edin: 3500 kv.m. sahədə məişət texnikası, mebel, qab-qacaq, tekstil, saatlar, çil-çıraqlar və bir çox digərləri! 10000-dən çox adda mal və hamısı sizin üçün! Siz burada mətbəx və vanna otağı, yataq və qonaq otaqları, dəhliz və anbar, balkon və həyət üçün lazım olan hər şeyi tapacaqsınız.
Mağaza təkcə ölçüləri və zəngin çeşidi ilə yox, eyni zamanda məhsulların keyfiyyəti, brendlərin müxtəlifliyi, qiymətlərin geniş diapazonu ilə seçilir. Siz həmçinin istədiyiniz hər növ mebeli sifariş edərək, ala bilərsiniz.
KREDİTLƏ SATILACAQ
"Mağazanın şəhər mərkəzinə yaxınlığı, bizim mütəxəssislərin məsləhətləri, malların evinizə çatdırılması və quraşdırılması vaxtınıza qənaət etməkdə sizə kömək edəcək. Bundan əlavə, kreditlə satış sizə bütün məhsulları qısa zamanda əldə etməyə imkan verəcək.
Mağazamızda uşaqlar üçün yerin, namaz otağının, geniş parklanma ərazisinin olması malların seçimi prosesini daha rahat və xoşagələn edəcək",- mağazanın yaydığı məlumatda deyilir.
"Evimiz"in açılışında şou-biznes ulduzları, dizaynerlər, bloqerlər və jurnalistlər iştirak edəcəkdir.
"Evimiz"-də, Xətai rayonu, F.Bayramov küç., 28 ünvanındadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























